Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Tarixçi alimin məhkəməsində ziddiyyətli ifadələrə görə araşdırma aparılacaq


  • 0
Tarixçi alimin məhkəməsində ziddiyyətli ifadələrə görə araşdırma aparılacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Tarixçi alimin məhkəməsində ziddiyyətli ifadələrə görə araşdırma aparılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

 Xəbəroxu.Az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

Hakim şahidlərin istintaqaı verdikləri ifadələrlə məhkəmədə verdikləri ifadələrin bir-birinə zidd olduğunu qeyd edib.

Məhkəmədə ifadə verən şahidlərdən biri ekspedisiyada iştirak etdiyini deyib. Onun ibtidai istintaq zamanı ekspedisiyada iştirak etmədiyini dediyi elan olunub. Şahid müstəntiqə verdiyi ifadəni oxumadan imzaladığını məhkəmə heyətinin diqqətinə çatdırıb.

Hakim Azad Məcidov isə onun ibtidai istintaqada, yaxud indi yalan ifadə verdiyini vurğulayıb və qeyd edib ki, bu, sübut olunsa, yalan ifadə verməyə görə cinayət işi açılacaq. Bu səbəbdən şahidin ifadələrində qeyd etdiyi tarixlərdə harada olması barədə araşdırılma aparılacağı vurğulanıb.

Proses iyulun 26-da davam etdiriləcək.

Qeyd edək ki, Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313(vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Son Xəbərlər