Gündəlik məzənnə

19 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi


  • 0
Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

 Xəbəroxu.Az Xəbəroxu.Az-a istinadən xəbər verir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Nəsimi rayon Mühafizə İdarəsinin rəisi, polis polkovnik-leytenantı M.Məmmədov tutduğu vəzifədən azad edilib. O, Səbail Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Xətai rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki N.Həsənov isə vəzifədən azad edilərək Nəsimi rayon Mühafizə İdarəsinin rəisi postuna gətirilib.

Bundan başqa Suraxanı Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki S.Hüseynov Xətai rayon Mühafizə İdarəsinin rəisi, Abşeron rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki A.Məmmədov isə Suraxanı rayon Mühafizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Son Xəbərlər