Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib- VİDEO


  • 0
Yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib- VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri ölkədə yanğın təhlükəsizliyinin aidiyyəti üzrə təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən Xəbəroxu.Az-a verilən xəbərə görə, iyunun 21-də Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində açıq sahədə yanğın hadisəsi baş verib. Yanğının genişlənərək ətrafa yayılma, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə və qaz xəttinə keçmə təhlükəsi yaranıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 2012-ci il təvəllüdlü K.Mehdiyev tərəfindən ehtiyatsızlıqdan törədildiyi müəyyən olunub.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Son Xəbərlər