Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Zəlzələ zamanı bu qaydalara əməl edin: Evdə və çöldə olduqda...


  • 0
Zəlzələ zamanı bu qaydalara əməl edin: Evdə və çöldə olduqda...
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Zəlzələ zamanı bu qaydalara əməl edin: Evdə və çöldə olduqda...

Bu gecə paytaxt və ətraf ərazilərdə 5.4 bal gücündə zəlzələ baş verib. Həyət evlərində  hər nə qədər hiss edilməsə də, bina evlərində hiss olunub. Bu zaman ən çox insanlar hadisə vaxtı hansı qaydalara əməl etməli olduqları haqqında suallar verirlər. Çalışıb həmin zaman şüurlu şəkildə davranmaq lazımdır. Bəs, zəlzələ zamanı nə etməliyik?  

 Xəbəroxu.Az xarici mətbuata istinadən zəlzələ vaxtı əməl edilməli olan qaydaları təqdim edir:

Zəlzələlərdə ən vacib tədbirlərdən biri də evlərin hansı hissələrinin daha təhlükəsiz olduğunu bilməkdir. Aşan əşyaların yerləşdiyi otaqlar təhlükəli olsa da, silkələnmə zamanı başınıza düşəcək əşyalardan da özünüzü qorumalısınız. Buna görə də evinizdə təhlükəsiz yerləri əvvəlcədən müəyyən etmək çox vacibdir.

Hər güclü zəlzələdən sonra həmişə afterşok olur. Afterşoklar zaman içində seyrəkləşir və azalmağa doğru gedir. Onlar adətən zədələnmiş binalara ziyan vura bilər. Buna görə də, yeraltı təkanlar tamamilə yox olana qədər zədələnmiş binalara girməyin.

Zəlzələ zamanı çöldə olsanız;

Elektrik xətlərindən və dirəklərdən, ağaclardan, digər binalardan və divar diblərindən uzaq durun.

Açıq ərazidə çömələrək ətrafdan gələn təhlükələrə hazır olunmalıdır.

Sürüşmə ola biləcək, daş və ya qayaların düşə biləcəyi yamacların altında dayanmayın. Əgər belə bir mühitdəsinizsə, tez bir zamanda təhlükəsiz mühitə keçid edin.

Binalardan düşə biləcək bacalara, sınmış şüşələrə və suvaqlara qarşı diqqətli olmaq lazımdır.

Yeraltı kanalizasiya, elektrik və qaz xətlərindən gələn təhlükələrə qarşı ehtiyatlı davranın.

Dəniz kənarından uzaq durun.

Son Xəbərlər