Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər


Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər

2018-ci ildən etibarən təhsil qanunvericiliyinə “sertifikatlaşdırma” anlayışı daxil edilib. Bu alətin məqsədi müəllimlərin fasiləsiz inkişafının təmin olunması üçün onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ehtiyaclarının müəyyən edilməsidir.

Xeberoxu.Az bildirib ki, sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər. Nəticədə onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, öz ehtiyaclarına uyğun olaraq, peşə bilikləri və bacarıqlarını artırmaq imkanlarından faydalanırlar.

Bu isə təhsilverənlər arasında özünüinkişafı stimullaşdıran münbit mühit yaradır. Bütün bu faktorlar tədrisin keyfiyyətini artırır və şagird nəticələrinin yaxşılaşmasına səbəb olur.

Eyni zamanda, sertifikatlaşdırmadan keçmiş müəllimlərə valideynlər daha çox inam bəsləyirlər. Təcrübə və müşahidələr göstərir ki, şagirdlərin məktəbə qəbulu prosesində valideynlər seçim zamanı qiymətləndirmə nəticəsi yüksək olan müəllimlərə üstünlük verirlər. Sertifikatlaşma həm də yaxşı müəllim olmanın təsdiqidir.

Son Xəbərlər