Gündəlik məzənnə

15 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Tələbələr üçün elm düşərgəsi təşkil ediləcək


Tələbələr üçün elm düşərgəsi təşkil ediləcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Tələbələr üçün elm düşərgəsi təşkil ediləcək

7-10 sentyabr tarixlərində "Zuğulba" tədris-idman bazasında "Bir Könüllü" Tələbə Təşkilatının “Elm və innovasiya” proqramının təşkilatçılığı ilə tələbələr üçün elm düşərgəsi təşkil ediləcək. 

Xeberoxu.Az Elm və Təhsil Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, düşərgədə ali təhsil müəssisələrinin biologiya, kimya və fizika ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan II-III kurs tələbələri iştirak edə bilərlər.

İştirak etmək istəyənlər 4 sentyabr tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/Uu9LU7RNYzjf7XTG9 

Düşərgə ərzində beynəlxalq, həmçinin yerli elmi-tədqiqat institutlarında çalışan tədqiqatçılar təcrübələrini bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə praktik tapşırıqlar həll edəcəklər. 

Sessiyalar müddətində tələbələrə tədqiqat işinin necə aparılması, elmi məqalələrin yazılmasında diqqət edilməli məqamlar, həmçinin elmin etik qaydaları barədə seminarlar təşkil olunacaq.  
Layihənin yekununda iştirakçılara sertifikat təqdim ediləcək. 

Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında elmi inkişafı dəstəkləmək, tədqiqatçılarla əlaqələrin qurulmasına şərait yaratmaq, həmçinin müasir dövrdə elm sahəsindəki problemləri və həll yollarını tələbələrin diqqətinə çatdırmaqdır. 

Son Xəbərlər