Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Ağdam-Xankəndi yolunun açılması bizim ciddi uğurumuzdur": Deputat Elman Nəsirov


"Ağdam-Xankəndi yolunun açılması bizim ciddi uğurumuzdur": Deputat Elman Nəsirov
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Ağdam-Xankəndi yolunun açılması bizim ciddi uğurumuzdur": Deputat Elman Nəsirov

Ermənistan himəyə etdiyi separatçı rejimin vasitəsi ilə Laçın yolu istiqamətində siyasi şou qurmuşdu. Siyasi şounun səhnələşdirilməsi BMT TŞ-nın səhnəsinə qədər uzanmışdı. Beynəlxalq fikri çaşdırmaq istəyirdilər ki, guya Azərbaycan Qarabağda yaşayan ermənilərə münasibətdə təzyiq siyasətini həyata keçirir. Ancaq biz bütün bu ittihamların əsassız olduğunu həm BMT kürsündə isbatladıq, eyni zamanda Ağdam-Xankəndi yolu ilə humanitar yük maşınını da göndərdik.

Bu fikirləri Xeberoxu.Az- Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili E.Nəsirov açıqlayıb ki, Ermənistan tərəfi ümumiyyətlə Ağdam-Xankəndi yolunun adının çəkilməsini istəmirdi.

"Sanki bir yol var. O da Laçın-Xankəndi yoludur. Onu da Azərbaycan guya "bağlayıb".
Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi bütün bunları dəf edərək, bütün dünyaya reallığı çatdırdı. Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı ki, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərinə heç bir "humanitar böhran" yaşatmır. Ermənistan sadəcə çirkin niyyətini bu şou vasitəsilə həyata keçirmək istəyir".

Deputatın fikrincə, İrəvan bu müddət ərzində Bakının atdığı addımların heç birinin real nəticə verməməsi üçün çalışdı.

"Ancaq nəyin bahasına olursa olsun Müzəffər Azərbaycan diplomatiyası növbəti dəfə zəfər qazandı. Nəticə də separatçılar geri çəkilməyə məcbur oldular. Ağdam-Xankəndi yolu işinə başladı. Bu Azərbaycanın ciddi uğurudur.
Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı məlumat yaydı ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə yanaşı, Laçın-Xankəndi yolunun da paralel şəkildə işlənməsinə hazırdır. Bu bizim qəti mövqeyimizdir. Bu bizim gücümüzün növbəti sübutdur",- deyə Parlamentin üzvü qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər