Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Erməni icmasının ölkəmizin yardımlarını qəbul etməməsi səbəbsiz deyil"- DEPUTAT


"Erməni icmasının ölkəmizin yardımlarını qəbul etməməsi səbəbsiz deyil"- DEPUTAT
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Erməni icmasının ölkəmizin yardımlarını qəbul etməməsi səbəbsiz deyil"- DEPUTAT

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni icmasına humanitar yardımlar göndərməsi humanist xarakteri daşıyaraq, insanlıqdan irəli gəlir. Ancaq təxribatçıların buna qarşı çıxmaları bir sıra suallar doğurur.

Bu sözləri Milli Məclisin deputatı Musa Qasımlı Xeberoxu.Az-a mövzuya münasibətini bildirərkən deyib.

Millət vəkili M.Qasımlı açıqlayıb ki, Qarabağda mövcud olan separatçıların ölkəmizin yardımlarını qəbul etməməsi səbəbsiz deyil.

"Bu məsələlərdən danışarkən obyektiv qiymət verməkdə fayda var. Əgər bir şəxs, bir qrup acdırsa ona ərzağın hansı yoldan göndərilməsinin heç bir fərqi yoxdur. Göndərilən yardımlara qarşı təxribat törədib, onu qəbul etməmək suallar doğurur".

Parlamentin üzvünün fikrincə, Qarabağda yaşayan erməni separatçılarının məqsədi odur ki, guya "blokada", "aclıq" şousundan istifadə edərək beynəlxalq ictimai rəyi özünə cəlb etmək, məsələləri beynəlxalq təşkilatlar səviyyəsinə çıxartmaq və Azərbaycana təzyiq göstərməkdir.

"Bu səylərin heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərində suveren hüquqularını həyata keçirir. Belə olduğu təqdirdə erməni icması ölkə qanunvericiliyini qəbul edib, ölkədə yaşayan digər vətəndaşlar kimi, mal və can güvənliyi dövlət tərəfindən qorunaraq yaşamalıdırlar".

Milli Məclisin üzvü yekunda əlavə edib ki, Xankəndində yaşayan erməni icması Azərbaycanda yaşamaq istəmirlərsə onlar üçün getməyə yol açıqdır. "Əgər onlar dövlətə hər hansı qeyri-adi hərəkətlər edəcəklərsə anladığları dildə də cavablarını almalıdırlar",- deyə o, qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər