Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Düşmənin təxribat törətdiyi döyüş mövqeləri darmadağın edilməlidir": Hərbi Ekspert


"Düşmənin təxribat törətdiyi döyüş mövqeləri darmadağın edilməlidir": Hərbi Ekspert
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Düşmənin təxribat törətdiyi döyüş mövqeləri darmadağın edilməlidir": Hərbi Ekspert

Düşmənin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindən Ordumuzun mövqelərinə qarşı təxribatları davam edir. Düşmən həmin əraziyə texnika cəmləşdirməkdə davam edir. Baş verən hadisələr onu göstərir ki, Ermənistan daxildən gözlənilən etiraz aksiyalarından diqqəti yayındırmaq üçün növbəti dəfə təxribatlar törədir ki, diqqəti bura yönəltsin.

Bu fikirləri Xeberoxu.Az-a Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev açıqlayıb.

Hərbi ekspert Ə.Verdiyev hesab edir ki, düşmənə daha sarsıdıcı və ciddi zərbə vurulmalıdır.

"Düşmənin 3 canlı itkisi var. 
Azərbaycan tərəfinin də 3 hərbiçisi yaralanıb.
Ordumuz düşmənin istifadə etdiyi hərbi texnikalarına cavab tədbirləri həyata keçirib. Döyüş əməliyyatları davam edir. Ermənistana daha sarsıdıcı və ciddi zərbə vurulmalıdır. Düşmənin təxribat törətdiyi döyüş mövqeləri darmadağın edilməlidir. Həmin mövqelər bizim üçün əhəmiyyətlidirsə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti və üçrəngli Azərbaycan bayrağı orada yerləşdirilməlidir",- deyə o qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif vasitələrdən istifadə etməklə atəşə tutub. Hal hazırda şərti sərhəddə atışmalar davam edir.

Son Xəbərlər