Gündəlik məzənnə

11 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Avropa İttifaqı və BMT TŞ təkcə Fransadan ibarət deyil": POLİTOLOQUN ŞƏRHİ


"Avropa İttifaqı və BMT TŞ təkcə Fransadan ibarət deyil": POLİTOLOQUN ŞƏRHİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Avropa İttifaqı və BMT TŞ təkcə Fransadan ibarət deyil": POLİTOLOQUN ŞƏRHİ

"BMT TŞ-nın Qarabağla bağlı son iclası zamanı Avropa ittifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə nümayəndəsi Cozef Borelin qeyri-obyektiv münasibətini gördük. 
Hal hazırda Avropa ittifaqı ilə olan münasibətlər heç də strateji tərəfdaşlıq münasibətlərini əks etdirmir, burada Brüsselin qərəzli mövqeyi hiss olunmaqdadır".

Bu fikirləri Xeberoxu.Az-a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov açıqlayıb.

Politoloq I.Hüseynov Avropa İttifaqının ölkəmizə münasibətini iki aspektdən dəyərləndirir.

"Birincisi, Azərbaycan və Avropa ittifaqı arasında yüksək strateji münasibətlər Rusiya-Ukrayna müharibəsi fonunda yaranan qaz ehtiyacları ilə daha da möhkəmləndi. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin ölkəmizə səfəri  zamanı qaz həcmlərinin iki dəfə artırılmasına dair razılıq əldə olundu və bu razılığı tarixi razılaşma kimi qiymətləndiririk. Azərbaycan Avropaya ixrac etdiyi qazın həcmini iki dəfə artıracaq və 2027-ci ildə biz maksimal rəqəmə çatacağıq. Lakin burada qərəzli münasibəti görürük. Qərəzli münasibət həm də Aİ-nin siyasi funksionerlərində hiss olunmaqdadır və bəzən də təzadlar görünür".

STM-nin sektor müdirinin sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel obyektiv yanaşma sərgiləyir və bu yanaşma Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə moderator kimi çıxış etməsinə imkan verir. 

"Cozef Borelin çox qərəzli yanaşmalarını neçənci dəfədir ki görürük, hətta bu yanaşmalar erməni seqmentində müəyyən revanşist əhval-ruhiyyəni formalaşdırır. Bu aradan qaldırılmalıdır. Digər tərəfdən də biz öz dostlarımızdan, yəni özümüzə tərəfdaş gördüyümüz dövlətlərdən dəstəyi görmək istəyirik. Macarıstan Azərbaycanın sadiq və etibarlı dostu kimi Avropa ittifaqının bəyanat yaymaq təşəbbüsünə qarşı çıxıb. Buna görə də Macarıstan dövlətinə təşəkkür etmək lazımdır. Məhz bu addım Bakı ilə olan münasibətlərdə Budapeşt üçün böyük təkan verəcək. Digər dövlətlər də, beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirməlidirlər. Biz anlayırıq ki, Avropa İttifaqında Fransa dominant mövqedədir və müəyyən dövlətlərə təsir etmək imkanına malikdir".

Siyasi şərhçi əlavə olaraq vurğulayıb ki, Avropa İttifaqı təkcə Fransadan ibarət deyil, BMT Təhlükəsizlik Şurası da həmçinin. 

"Biz nə vaxta qədər Fransa tərəfindən ayrı-ayrı instutlar vasitəsilə ölkəmizə qarşı qərəzli münasibətin inkişaf etdirilməsi prosesinin şahidi olmalıyıq, nə vaxta qədər əsassız iclaslar çağırılmalı və bəyanatlar səsləndirilməlidir? BMT Təhlükəsizlik Şurasında müzakirələrə heç bir ehtiyac yox idi, çünki iclasın keçirilməsi anda lokal xarakterli antiterror tədbirləri bitmişdi. İclas heç bir əsas olmadan keçirildi və hər hansı bir qətnamənin qəbul olunmasını belə görə bilmədik, bu da Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, ərazi bütövlüyünə dünya birliyi tərəfindən tərəfdar çıxması prosesini özündə əks etdirdi"- deyə politoloq fikirini yekunlaşdırıb.

Çingiz Əmrahov
Xeberoxu.Az 

Son Xəbərlər