Gündəlik məzənnə

18 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bloklaşma, birgə hərbi təlimlər, söz güləşi: Kainat nəyə hazırlaşır?


Bloklaşma, birgə hərbi təlimlər, söz güləşi: Kainat nəyə hazırlaşır?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bloklaşma, birgə hərbi təlimlər, söz güləşi: Kainat nəyə hazırlaşır?

Bu gün dünyada hegomon ölkələr arasında gərgin mübarizə gedir. Qloballaşan dünyada beynəlxalq hüququ güc amili üstələyir. Böyük dövlətlər kiçik və orta dövlətləri güclə təhdid edirlər. Eyni zamanda son vaxtlarda ayrı-ayrı blokların, hərbi birliklərin yaradılmasının da şahidiyik. Əgər İsveç də üzvü olsa NATO 32 ölkəni ətrafında birləşdirəcək.
Dövrün ən mühüm hadisələrindən biri də müttəfiq ölkələrin birgə hərbi təlimlər keçirməsidir. 2023-cü ildə ayrı-ayrı ölkələrin hərbi sahədə müttəfiqləşməsinin daha da intensiv xarakter daşıdığını görürük.

Yuxarıda sadaladığlarımız nələri deməyə əsas verir? Bunlar daha böyük hadisələrin anonsu ola bilərmi?

Mövzu ilə bağlı Xeberoxu.Az-a danışan Politoloq Samir Hümbətov hesab edir ki, hal hazırda dünyada bloklaşma və birgə hərbi təlimlərin keçirilməsi planı şəkildə həyata keçirilir.
26499935.png 149.87 KB
"Bu gün elə bir dövrdəyik ki, sürətli bloklaşma, inteqrasiya prosesləri baş verir. Daha çox kiçik və orta dövlətlərin təhlükəsizliyə ehtiyacı var. Hərbi təlimlərin keçirilməsi mesaj xarakteri daşıyır. Azərbaycan və Türkiyə arasında birgə hərbi təlim keçiriləndə mesaj verilir ki, Türkiyə Azərbaycanın yanındadır. Mərkəzi Asiyada da eyni. Hal hazırda ABŞ-Ermənistan təlimləri keçirilir. Bu məqsədli şəkildə edilir. Hər halda Birləşmiş Ştatlar rəqibi Rusiyaya və digər ölkələrə mesaj verdi ki, "mən burda varam".
Bütün bunların hamısı planlı şəkildə həyata keçirilir. Bu Dövlətlərin təhlükəsizliyi baxımından çox önəmlidir. Təəssüflə qeyd etmək lazımdır ki, dünyanın kiçik və orta ölkələri təhlükəsizliyini təmin edə bilmirlər. Dünyada güc amili ön plana keçib. NATO bu gün 31 dövləti ətrafında toplayıb. Hal hazırda bloklaşma, hərbi təlimlər mesaj xarakteri daşıyır. Əslində bəzi dairələrə əzələ nümayişi kimi də dəyərləndirilə bilər"-deyə o, qeyd edib.

Hərbi ekspert Ədalət Verdiyev isə Xeberoxu.Az-a bildirib ki, müttəfiq və dost ölkələrin birgə hərbi təlimlər keçirilməsində məqsədi mövcud təhdidlərə qarşı ortaq fəaliyyətlərini uzlaşdırmaq və əlaqələndirməkdir.
25550435.png 69.8 KB
"Silahlı Qüvvələrdə hərbi təlimlər fasiləsiz olaraq keçirilir. Ölkənin hərbi bölmələrinin döyüş hazırlığının zəruri səviyyədə saxlamağa, kadr heyətinin peşəkar vərdişlərini daim yüksəltməyə istiqamətlənən tədbirlərdəndir. Birgə təlimlər adətən müttəfiq və dost ölkələr arasında keçirilir. Bu cür təlimlər daim keçirilib, indi də keçirilir və gələcəkdə də keçiriləcək. Ancaq eyni zamanda qonşu və müttəfiq dövlətlərin mövcud təhdidlərə qarşı birgə və ortaq fəaliyyətlərini uzlaşdırmaq və əlaqələndirmək məqsədi daşıyır.
Əslində bu gün böyük müharibə Ukraynada davam edir. Rusiyanın Ukraynaya müdaxiləsi qeyri-rəsmi olaraq Üçüncü Dünya müharibəsidir. Bundan da böyük münaqişə hələlik gözlənilmir. Koreya yarımadasında, Yaxın Şərqdə, Qafqazda, Hindistanla Çin arasında münasibətlər kifayət qədər gərgin olaraq qalmaqdadır. Vəziyyətin nəzarətdən çıxması barədə danışmaq hələ tezdir",- deyə hərbi ekspert vurğulayıb.

Xeberoxu.Az

Son Xəbərlər