Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Moskva-İrəvan gərginliyi: Kreml Ermənistanı yoxsa Paşinyanı vuracaq?


Moskva-İrəvan gərginliyi: Kreml Ermənistanı yoxsa Paşinyanı vuracaq?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Moskva-İrəvan gərginliyi: Kreml Ermənistanı yoxsa Paşinyanı vuracaq?

Son zamanlarda Rusiya-Ermənistan münasibətlərinin gərginlik səviyyəsinə yüksəldiyinin şahidiyik. Ermənistan rəhbərliyinin müttəfiqinə sadiqsizliyi, çıxışlarında Moskvaya qarşı ittiham və iradlar iki ölkə münasibətlərinin müsbət olmadığını demək asanlaşır. Rusiyanın XİN rəsmisi M.Zaxarovanın da səsləndirdiyi fikirlər yuxarıda qeyd etdiklərimizi təsdiqləyir.

"Rusiya ilə mübahisə Ermənistan üçün fəlakətdir. Rusiya ümid edir ki, Ermənistan rəhbərliyinin iki ölkənin xalqının arasını vurmaq üçün fəlakətli planlarıyoxdur. Ümid edirəm ki, bu, baş verməyəcək. Səmimi qəlbdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur. Çünki, fikrimcə, bu, məhz Ermənistan üçün fəlakətli olardı. Rusiya tarixən Ermənistanın və erməni xalqının etibarlı müttəfiqi, dostu, ən yaxın tərəfdaşı kimi özünü hər zaman təsdiqləyib, ən çətin anlarda köməyə gəlib və dəstək olub. Rusiya da hər zaman Ermənistanın nailiyyətlərinə sevinib və hansısa qərarlarını bölüşməsə belə, onun seçimini qəbul etməyi bacarıb. Bu cür münasibətlər bir ilə, beş ilə qurmaq olmaz. Bu ki, tarixi bazadır. Bu, zamanla sınaqdan keçirilmiş tarixdir. Ən əsası insanların ruhundan, ürəyindən gələn tarixdir. O, sadəcə konyuktura deyil, o, sadəcə olaraq hardasa proqramda yazılmır və insanlar tərəfindən həyata keçirilmir. Bizim ölkədə insanlar belə düşünürlər, belə hiss edirlər, bu ölkəyə, bu xalqa sevgi ilə yanaşırlar. Hər şeyin üstündən xətt çəkmək... Mən səmimi qəlbdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə planları yoxdur”, - deyə Kremlin XİN rəsmisi TASS-a müsahibəsində deyib.

Qeyd edək ki, bir neçə həftə öncə "Vaqner"çilərin İrəvanda olması ilə bağlı informasiyalar da yayılmışdı.

Moskva İrəvanı vurmaq istəyir? Kreml Paşinyan hakimiyyətini devirəcəkmi?

Xeberoxu.Az
mövzu ilə bağlı siyasi ekspertlərin fikirlərini öyrənib.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun sözlərinə görə, Ermənistanın baş naziri hazırda açıq şəkildə antirusiya təbliğatı aparır. O, Ermənistan cəmiyyətində də bu təbliğata meyilliyi artırmağa çalışır.
1613556194_xeyal-besirovun-yeni-fotosu-0.jpg 47.25 KB
"Rusiya ilə Ermənistan arasındakı ciddi narazılığın əsası ll Qarabağ müharibəsindən sonra qoyulub. Çünki, Ermənistan müharibədə uduzmağı və Rusiyanın bu prosesə müşahidəçi qismində baxmağını heç cür qəbul edə bilmirdi. Onlar hər zaman istəyirdilər ki, onların əvəzinə kimsə müharibə aparsın və Azərbaycanla müharibədə kimsə Ermənistana bütün istiqamətlərdə dəstək göstərsin.
ll Qarabağ müharibəsi bu prosesin ləğv olmadığını göstərdi və Ermənistan çox ciddi məğlubiyyətə uğradı. 2018-ci ilin aprelində hakimiyyətə gələn N.Paşinyan qərbin layihəsi idi. Onun hakimiyyətə gələrkən qərbyönümlü və antirusiya siyasəti yürüdəcəyi ilə bağlı fikirlər var idi, ancaq o, bunu ll Qarabağ müharibəsindən sonra, 2023-cü ildə daha açıq şəkildə davam etdirməyə başladı. Düşünürəm ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr ona bu gün təzyiqlər göstərirlər. Çünki bu məsələdə Ukrayna müharibəsini də nəzərə almaq lazımdır, Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə açıq şəkildə qarşıdurmada olan qərb ölkələri bu gün Ermənistan baş nazirinə təzyiq göstərirlər ki, Rusiyaya qarşı mövqe bildirsin. Həmin o qüvvələr, dövlətlər və bütün dünya bilir ki, Rusiya üçün ən həssas regionlardan biri Ukraynadırsa, digəri də Cənubi Qafqazdır. Cənubi Qafqazla Rusiyanın zəiflədilməsi, Rusiyanın bir növ Ukraynada da zəifləməsi anlamını verir. Rusiya, hələ ki N.Paşinyanın nüfuzdan salınması prosesini həyata keçirə bilər. Ən azından 2020-ci il ll Qarabağ müharibəsindəki məğlubiyyətindən və kapitulyasından sonra Ermənistanda erkən parlament seçkilərinin nəticələrinə nəzər yetirərək deyə bilərik ki, Rusiya tərəfi də müşahidə etdi ki, Ermənistan cəmiyyətində N.Paşinyan uğursuz, məğlub olan baş nazirdir, amma ona hələ ki alternativ ola biləcək rusyönümlü şəxs yoxdur. Çünki həmin seçkilər göstərdi ki, Ermənistanın baş naziri kapitulyasiya aktını imzalamasına və məğlub olmasına rəğmən, ona daha çox səs verilməsinə üstünlük verdi, nəinki digər revanşist cinayətkar ünsürlərə R.Köçəryan, S.Sarkisyan kimi digər rusiyayönümlü siyasilərə üstünlük verilmədi. Hazırki mərhələdə N.Paşinyan hakimiyyətdən getsə belə, rusyönümlü birini hakimiyyətə gətirməsi real görünmür, ona görə də Rusiya mümkün qədər N.Paşinyanı nüfuzdan salınması bağlı prosesi reallaşdırır",-deyə o qeyd edib.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin direktoru, siyasi şərhçi Samir Hümbətov isə Ermənistan və Rusiya arasındakı mövcud gərginliyinin ən başlıca səbəbini Ermənistanın Rusiya ilə deyil, qərblə əməkdaşlığını dərinləşdirməsi istiqamətində atdığı addımlarda və yürütdüyü siyasətdə görür.
26499935.png 149.87 KB
Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən bilinirdi ki, o, Ermənistanın yavaş-yavaş Rusiyadan aralanması prosesini sürətləndirəcək və artıq prosesin sürətləndiyini görürük. Hazırda Paşinyanın qərblə əməkdaşlığı, Amerikanın Ermənistanda təlim keçirmək cəhdləri həyata keçirilib. Bunların hamısını Rusiyaya meydan oxumaq kimi dəyərləndirmək olar. Paşinyanın əlində bəzi bəhanələr var. O, deyir ki, biz Azərbaycanla döyüşdə olarkən, Rusiya bizə yardım etmədi, ona görə də qərblə əməkdaşlığı dərinləşdiririk. Bununla da deyə bilərik ki, Ermənistanın Rusiya ilə münasibəti zəifləyib, qərblə əməkdaşlığı isə bir qədər mümkün görünmür. Çünki, Rusiyanın kifayət qədər Ermənistanda və Rusiyadakı erməni əsilli şəxslərlə ciddi əlaqələri vardır ki, bunlara biznesmenlər, iş adamları aiddir. Ermənistan ordusu daxilində də imkanları çoxdur. Bunların hamısı Rusiyanın bir növ bu prosesləri əlində saxlamağına imkan verir. Bu baxımdan düşünürəm ki, gərginlik olacaq, lakin Paşinyanın devrilməsi də o qədər asan məsələ deyil. Çünki, müharibədən yenicə çıxmış baş nazirin, yenidən seçkilərdə 53% səslə qalib gəlməsi hələ də erməni cəmiyyətinin ona olan inamını əks etdirir",-deyə o fikirini yekunlaşdırıb.

Siyasi şərhçi Kənan Novruzovun fikirincə, Moskva ilə İrəvan arasındakı münasibətlərin son zamanlar gərginləşməyə doğru getməsinin, başlıca səbəbi, hər iki tərəfin bir-birinə qarşı ittiham irəli sürməsidir.
253916_ob75qugqyo.jpeg 24.31 KB
"Ermənistanın qərbə yaxınlaşması, xüsusilə də, Ermənistan və ABŞ ordularının keçirdiyi hərbi təlimləri Rusiyanı qıcıqlandırır. Təlimlərin də əsas məqsədi Ermənistan və Rusiya arasındakı münasibətlərinin pozulmasına hesablanıb və tamamilə simvolik addımdır. Şübhəsiz ki, Ermənistan ordusu ABŞ ilə birlikdə təlim keçə biləcək səviyyədə deyil. Görünür ki, hazırda regionda Rusiya və ABŞ arasında gərgin mübarizə gedir və hər iki tərəf regiondakı mövcudluğunu qorumaqdan ötrü, regionun ən zəif bəndi olan Ermənistan üzərində öz kampaniyalarını keçirirlər. Ermənistana olan bu maraq, əslində Ermənistanın asanlıqla təzyiqə boyun əyməsi ilə bağlıdır, çünki Rusiya və ABŞ-ın Ermənistan ordusuna və iqtisadiyyatına ehtiyacı yoxdur. Bu gərginlik bir müddət davam edəcək, bundan sonra Ermənistanın Rusiya ilə yaxınlaşması, və yaxud əvvəlki münasibətləri bərpa etməyə cəhd etməsi ABŞ-dan üz döndərmək anlamına gələ bilər ki, bu da Ermənistan üçün təhlükəlidir. Bir müddətdən sonra Rusiya prezidenti V.Putin Paşinyanı devirməyə və onun yerinə öz kadrları olan R.Köçəryan, S.Sarkisyan kimilərini gətirməyə çalışa bilər. Bu da qərbin ciddi müqavimət göstərməsi ilə nəticələnəcək və mümkün qədər çalışacaq ki, Paşinyan hələ də hakimiyyətdə qalsın",-deyə o qeyd edib.

Çingiz Əmrahov
Xeberoxu.Az

Son Xəbərlər