Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Ordumuz bu qara yaranı bu gün kəsib atdı": DEPUTAT


"Ordumuz bu qara yaranı bu gün kəsib atdı": DEPUTAT
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Ordumuz bu qara yaranı bu gün kəsib atdı": DEPUTAT

Azərbaycanın Müzəffər Ordusu bu gün yeni bir şərəf və qəhrəmanlıq tarixi yazdı. Qarabağ iqtisadi rayonunun erməni sakinləri yaşayan torpaqlar qara yara kimi ərazilərimizə hopub qalmışdı. Ordumuz bu qara yaranı bu gün kəsib atdı. Dünəndən başalanan lokal antiterror tədbirləri ilə bir sutka ərzində Ermənistanın qeyri-qanuni silahlı birləşmələrini və separatçıların bütün döyüş nöqtələrini məhv edildi. Çıxılmaz vəziyyətə düşən xunta rejimi Azərbaycanın bütün şərtlərini qəbul etdiklərini bildirərək ağ bayraq qaldırdı.

Bu barədə Xeberoxu.Az-a Milli Məclisin üzvü Azər Badamov açıqlayıb.

Milli Məclisin deputatı A.Badamov bildirdi ki, Azərbaycan yenidən silaha əl atmaq istəmirdi. Bütün məsələlər dialoq yolu ilə həll olunmasına çalışırdı. Ancaq separatçılar qeyri-qanuni sliahlı birləşmələrə  güvənərək Azərbaycana meydan oxumaq istədi. 

"Təklif etdiyimiz dialoq və yardımları qəbul etmir və intensiv təxribatlara əl atırdı. Son mina təxribatı ilə separatçılar ordumuzu yenidən silaha əl atmağına məcbur etdi. Azərbaycan mülki insanları hədəf seçmədiyini bildirdi. Legitim hərbi hədəflər yüksək dəqiqlikli silahılarla məhv edərək lokal antiterror tədbirləri həyata  keçirdi. Hətta Qarabağdakı mülki ermənilərə hərbiçilərdən uzaq dayanması ilə bağlı çağırışlar olundu. Antiterror tədbirlərin həyata keçirdiyi  bir sutka ərzində ərazilərimzdəki qeyri-qanuni silahlıların və separatçıların bütün hərbi arsenalı məhv edildi. Çıxılmaz vəziyyətə düşən separatçılar silahı yerə qoyaraq sabah Yevlaxda dialoqa hazır oluduğunu bildirərək antiterror tədbirlərinin dayandırılması ilə bağlı xahiş etdilər. Azərbaycan həmişə olduğu kimi  erməni icmasının xahişini nəzərə alaraq  humanistlik nümayiş etdirdi və  saat 13.00-dan başlayaraq hərbi tədbirlərin dayandırıldığını bəyan etdi".

Millət vəkilinin sözlərinə görə, sabah Yevlaxada keçiriləcək dialoq görüşündə erməni icmasının nümayəndələri ilə qeyri-qanuni silahlıların ərazilərimizdən təcilli çıxarılması, reinteqrasiya proseslərinə başlanılması və Xankəndində Azərbaycanın konsitusiun dövlət quruluşunun bərpa edilməsi ilə bağlı məsələlər müzakirə olunacaqdır. 

"Azərbaycanın keçirdiyi antiterror tədbirləri humanistliyə görə dünyada nümunədir. Ordumuz lokal antiterror tədbirləri  maksimum dərəcədə mülki insanlardan uzaq ərazilərdə apardı. Hətta seçilmiş legitim hədəfləri olan əraziyə mülki insanların gətirildiyi ehtimal olunanda zərəsizlədirmə əməliyyatı təxirə salındı. Azərbaycan Qarabağdakı erməni sakinlərini öz vətəndaşları hesab edir. Onların da ölkəmizin digər milli azlıqların nümayəndələri kimi bütün vətəndaşların malik olduqları hüquqları olacaqdır".

Deputat onu da əlavə edib ki, Azərbaycan lokal antiterror tədbirləri aparmaqla 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın 4-cü bəndini icra etdirmiş oldu.

"Ermənistanın icra etmək istəmədiyi öhdəlikLərini biz güc yolu ilə icra etdirməyinə məcbur oluruq. Ermənistan birdəfəlik bilməlidir ki, onların Azərbaycanla sülh müqaviləsi imzalayıb yaşamaqdan başqa yolu yoxdur",-deyə o, qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər