Gündəlik məzənnə

11 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Paşinyan hakimiyyətdən getmədən öldürülə bilər - ŞƏRH


Paşinyan hakimiyyətdən getmədən öldürülə bilər - ŞƏRH
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Paşinyan hakimiyyətdən getmədən öldürülə bilər - ŞƏRH

Dünən Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirilməsinə hazırlaşmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Səlibçilər” hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərindəki silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqdan istifadə etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər.

Saxlanılan 8 nəfərin adı açıqlanmır. Onların hansı silahdan istifadə edəcəkləri göstərilməsə də, bəyanatla birlikdə yayımlanan videoda tapança, ov tüfəngi, zirehli gödəkcə və ratsiya da görünür.

Məlum olduğu kimi, Ermənistanda aksiyalar bir neçə gündür davam edir. Mitinqlərin əsas səbəbi Azərbaycan ordusunun sentyabrın 19- da keçirdiyini antiterror tədbirləridir. Bu, Ermənistandakı müxalifəti narahat edib. Onlar baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edirlər.
Etirazçıların əsas tələbi hökumətin istefasıdır.

Dünənki hadisə göstərdi ki, aksiya iştirakçıları prinsipialdırlar. Buna baxmayaraq, mitinqlərin məqsədinə çata biləcəyinə inanmıram. İlk növbədə ona görə ki, aksiya iştirakçılarının sayı lazımi qədər deyil. Kütləvi həbslər nəticəsində onların sayı daha da azalır.

İkincisi, Qərb Paşinyanı qoruyur. Bir çox ekspertin iddia etdiyindən fərqli olaraq, hətta Rusiya da Ermənistandakı ehtimal edilən çevrilişi istəmir. Düzdür, Rusiya Paşinyanı cəzalandırır. Bu, aydındır. Amma ehtimal edilən hakimiyyət dəyişikliyi Moskvaya sərf etməyə də bilər. Çünki Rusiyanın proseslərə nəzarətini təmin edən və regiondakı mövcudluğunu əhəmiyyətli dərəcədə artıran üçtərəfli bəyannamə məhz Paşinyanla imzalanıb. Onun yerinə gələn siyasətçi bu sənəddən imtina edə bilər.

Üçüncüsü, xalq Paşinyanın alternativini görmür. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan artıq "işlənmiş kartdırlar". Necə deyərlər, onlardan kiməsə xeyir gəlməz. Əslində bu gün baş verənlərin günahkarı məhz Köçəryan və Sarkisyandır. Ermənistan ictimaiyyətinin xeyli hissəsi bunu başa düşür.

Dördüncüsü, Paşinyan ictimai rəylə işləməyi bilən siyasətçidir. O, manipulyasiyanı yaxşı bacarır. Təsadüfi deyil ki, baş nazirin kifayət qədər tərəfdarı var.

Və, nəhayət, Paşinyan hakimiyyətə küçədən gəlib. Küçələri yaxşı tanıyır, belə mitinqlərə bələddir. Ona görə də qorxmur.
Üstəgəl, əvvəllər də hakimiyyət əleyhinə etirazlar olub. Amma hamısı uğursuzluqla nəticələnib.
Düşünürəm ki, aksiyaların Paşinyan üçün ən çətin mərhələsi artıq geridə qaldı. Mitinqlər, yəqin, qarşıdakı bir neçə gün ərzində yatırılacaq. Hərçənd Paşinyan üçün təhlükə qalacaq. Onu siyasi yolla devirə bilməyən radikallar sui- qəsdə cəhd edə bilərlər.

Kənan Novruzov
Xüsusi olaraq Xeberoxu.Az üçün 

Son Xəbərlər