Gündəlik məzənnə

27 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Silahlı Qüvvələrimizin lokal antiterror tədbirlərinə başladılması çox düzgün verilmiş qərardır": DEPUTAT


"Silahlı Qüvvələrimizin lokal antiterror tədbirlərinə başladılması çox düzgün verilmiş qərardır": DEPUTAT
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Silahlı Qüvvələrimizin lokal antiterror tədbirlərinə başladılması çox düzgün verilmiş qərardır": DEPUTAT

Azərbaycan ərazilərində fəaliyyət göstərən separatçılar və qanunsuz erməni silahlı dəstələri mütəmadi olaraq təxribatlar törətmək, bizə qarşı zərbələr vurmaqda davam etməkdədirlər. Çox təssüflər olsun ki, bu gün növbəti təxribatın şahidi olduq. Separatçıların törətdiyi təxribat nəticəsində vətəndaşlarımız şəhid olublar. Bu bir daha onu deməyə imkan verir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı səmimi deyil və uzatdığımız sülh əlini tutmağa hazır deyillər.

Bu fikirləri Xeberoxu.Az-a Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlayıb.

Millət vəkili N.Həmzəyevin fikirincə,  Azərbaycan Silahlı Qüvvələri tərəfindən lokal antiterror tədbirlərinə başladılması çox düzgün verilmiş qərardır.

"Bu addım Azərbaycan öz konstitusiya hüquqlarının bərpası, ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir. Azərbaycan hərbçilərinin həyata keçirdikləri lokal hərbi təlimlər yanlız silahlı dəstələrə qarşı nəzərdə tutulur",- deyə deputat əlavə edib.

Xeberoxu.Az

Son Xəbərlər