Gündəlik məzənnə

15 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Xalqımız öz yurdlarından didərgin salınanda Təhlükəsizlik Şurası harada idi?": POLİTOLOQDAN AÇIQLAMA


"Xalqımız öz yurdlarından didərgin salınanda Təhlükəsizlik Şurası harada idi?": POLİTOLOQDAN AÇIQLAMA
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Xalqımız öz yurdlarından didərgin salınanda Təhlükəsizlik Şurası harada idi?": POLİTOLOQDAN AÇIQLAMA

"BMT Təhlükəsiz Şurasında Fransanın təkidi ilə keçirilən iclasda Azərbaycana qarşı hansısa bir qətnamənin və sənədin qəbul olunması arzusu var idi. Təbii ki, bu, Fransa və erməni lobbisinin təsiri ilə həyata keçirilirdi. Ancaq əlbəttə ki, orada digər bəzi ölkələrin və beynəlxalq təşkilatın nümayəndələrinin də Azərbaycanla bağlı qərəzli çıxışları olub".

Bu sözləri, politoloq Ramiz Alıyev Xeberoxu.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi və şəxsən xarici naziri Ceyhun Bayramovun tutarlı faktları göstərmiş olduğu əlində fotoşəkillər çox doğru bir qərar idi və çox doğru bir addım idi ki, Azərbaycan xasiyyətini uğurla təmsil etdi və Azərbaycanın haqlı olduğunu həm orada iştirak edənlərə, həm də dünya birliyinə göstərdi.

"Biz bunu dəfələrlə etmişik, bizim haqlı olduğumuzu sübuta yetirmişik. Ancaq təəssüflər olsun ki, Fransa və digər xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycanla bağlı eşitdiyi fikirlər və doğru olan sözlərini erməninin yalan sözləri ilə fərqləndirməyib və ermənilərin yalan sözlərinə inanıb, Azərbaycanın doğru sözlərinə inanmayıb və ömrü boyu onlar Azərbaycanla bağlı kar olublar. Azərbaycanla bağlı deyilən fikirləri eşitməyib, ermənilərin yalan, şər, böhtan xarakterli sənədlərini və onların qərəzli fikirlərini nəzərə alıb özlərini öz mənafeyi üçün və ermənilərdən alət kimi istifadə ediblər. Əlbəttə ki, biz bunu çox yaxşı bilirik və neçə illərdi görürük. Bizim ərazilərimiz ermənilər tərəfindən işğal ediləndə bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz öz ata baba yurdundan zorla çıxardılıb. Onların hüquqları pozulanda, onlar çadır şəhərciklərində yaşayanda BMT Təhlükəsizlik Şurası və həmin Fransa həm Almaniya, həm də digər ölkələr- Avropa İttifaqı, digər beynəlxalq təşkilatlar Azərbaycanın həmin problemini çözə bilmədilər və çözmək istəmədilər. Onların bu gün gəlib Azərbaycanı nədəsə ittiham etməsində Azərbaycan öz suveren çalışdığı bir yolda çalışdığı bir anda öz suverenliyini qoruduğu halda və Azərbaycan öz suveren hüququndan istifadə edir, ərazi bütövlüyünü qoruduğu halda gəlib onlar nəyisə irad bildirə bilməzlər. Azərbaycanın suverenliyinə təhdid olan, ərazi bütövlüyünə təhdid olan həmin o terrorçular və separatçılar əlbəttə ki, elə həmin ölkələrin Azərbaycan əleyhinə danışan özlərinin orada olan əsərləridir. Yəni orada yaratmış olduqları fəaliyyətdir ki, orada həm Azərbaycana, həm Türkiyəyə qarşı, həm də region dövlətlərinə qarşı təhdid kimi istifadə eləsinlər. Azərbaycan onların planını pozdu və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi və həmin separatçıları və dəstəkləyənləri də 24 saatda məhv elədi. Lokal antiterror tədbirlərinə hesab edirəm ki, kimsə müdaxilə edə bilməz və Azərbaycan, ümumiyyətlə, özü haqlı olduğu halda kimsə onu haqsız çıxarda bilməz. Bu, birmənalı belədir və hesab edirəm ki, Azərbaycanın bu addımı həm BMT Təhlükəsiz Şurasında, həm də ümumiyyətlə, digər beynəlxalq təşkilatlarda yüksək qiymətləndirilməli və həmin ölkələr Azərbaycanın bu addımını dəyərləndirməlidir. Çünki bütün dünya hər zaman separatizmə qarşı olduğunu və separatçılığı pislədiklərini bildirirlər".

Siyasi şərhçi bildirir ki, bizə qonşu olan ölkələrdə, məsələn, Gürcüstanda da separatizm var. Onları həm Avropa, həm də Qərb dövlətləri birmənalı olaraq pisləyirlər və onları silahı yerə qoymağı və Gürcüstanın ərazi bütövlüyünü qorumağı istəyir. Bizə, yəni Azərbaycana gələndə isə təəssüflər olsun ki, onlar bu addımdan çəkinirlər və Azərbaycanın haqlı olduğunu qəbul etmək istəmirlər və separatçıları dəstəkləyir. Çox maraqlı bir məqamdır, ancaq onu deyərdim ki, Azərbaycan sözün əsl mənasında həm hərb sahəsində, həm də siyasət sahəsində çox mükəmməl addımlar atır və atmaqda davam edir.

"Azərbaycanın xarici çox yüksək səviyyədə qurulubdur və bu gün Azərbaycan həm masada, həm də hərb sahəsində cəbhədə, döyüş bölgəsində çox uğurlu məqamlar qazanıbdır və mən hesab edirəm ki, elə bizim, deməli, Xankəndində və ətraf ərazilərdə separatçılar üzərində lokal antiterror tədbirlərin təşkili zamanı əldə etdiyimiz uğurlarımızla bərabər BMT Təhlükəsiz Şurasında Azərbaycan xalsənətinin qalib gəlməsi də eynilik təşkil edir. Yəni birmənalı olaraq bu belə olmalıdır və təbii ki, Qərbin də burada marağı separatçıların Azərbaycana qarşı qərəzli mövqelərinin marağı birdir. Bu maraq ondan ibarətdir ki, onlar həmin separatçılardan alət kimi istifadə eləyib və onlardan yararlanaraq regionda müəyyən problemlər yaratmaq, sülh müqaviləsinə və sülh sazişinin imzalanmasına əngəl olmaq regionda sabitliyin qarşısını almaqdır. Çünki sabitlik olduğu müddətdə Ermənistandan alət kimi istifadə edə bilməyəcəklər və Ermənistandan yararlana bilməyəcəklər. Bu doğru bir yanaşma deyil və ona görə də hesab edirəm ki,  Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı mənfi fikirlər səsləndirən və separatizmi dəstəkləyən həmin təşkilatlar, həmin ölkənin nümayəndələri çox yanlışlıq edirlər və gələcəkdə öz ölkələrində də belə separatizmin olacağını düşünmürlər. Nə vaxtsa onların da ölkəsində hansısa separatçılığa meylli olsalar, yəqin ki, bu cür danışmayacaqlar və danışmırlar. İstər Qərb, istər digər ölkələr, nəyin kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan tam öz hüququnu tələb edir və öz hüququndan istifadə edib beynəlxalq hüquq normalarına uyğun olaraq adımmlar atır və istər siyasətdə, istərsə də hərb meydanında və hansısa bir ölkənin ərazisini işğal etmək kimi bir fikri yoxdur və elə bir düşüncədə deyil. Azərbaycan öz ərazi bütövlüyünü təmin edir və heç bir etnik təmizləmə aparmır. Amma etnik təmizləməni Ermənistan aparıbdır. Bu günlərdə Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Amma Azərbaycanda neçə illərdir 30 mindən çox erməni yaşayır" - deyə o, qeyd edib.

Çingiz Əmrahov
Xeberoxu.Az

Son Xəbərlər