Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Yaxın zamanlarda Xankəndində Azərbaycan bayrağı dalğalanacaq": Deputat ANONS etdi


"Yaxın zamanlarda Xankəndində Azərbaycan bayrağı dalğalanacaq": Deputat ANONS etdi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Yaxın zamanlarda Xankəndində Azərbaycan bayrağı dalğalanacaq": Deputat ANONS etdi

Azərbaycan Silahlı Qüvvələrinin dünəndən etibarən həyata keçirdiyi lokal antiterror tədbirləri bu gün saat 13:00-dan etibarən dayandırılıb. Buna səbəb Qarabağda yaşayan erməni etnikinin Rusiya sülhməramlı kontingentinin vasitəsilə Bakıya müraciət etmələri olub.
Həmin müraciət əsasında şərtlərimiz daxilində antiterror tədbirlərinin dayandırılması barədə razılığ əldə olunub.

Bu fikirləri Xeberoxu.Az-a Milli Məclisin deputatı Elman Nəsirov açıqlayıb.

Milli Məclisin üzvü bildirib ki, Azərbaycan tərəfinin əsas tələbi Ermənistan Silahlı Qüvvələrinin Qarabağda mövcud olan separatçı birləşmələri tərk silah edilərək ərazilərimizi tərk etməsindən ibarətdir.

""Artsax ordusu" özünü buraxmış elan edir. İkinci şərtimiz ondan ibarətdir ki, Qarabağda mövcud olan qeyri-qanuni erməni silahlıları bütün silah və texnikaları Azərbaycan tərəfinə təhvil verirlər".

Millət vəkilinin sözlərinə görə, yaxın zamanlarda Xankəndində Azərbaycan bayrağı dalğalanacaq.

"Bu Azərbaycanın tarixi qələbəsidir. Separatçılar gördülər ki, Azərbaycanla hərbi müstəvidə danışmaq qeyri-mümkündür. Beləliklə bütün Azərbaycan ərazilərində suverenliyimiz bərpa edilir. Yaxın zamanlarda Xankəndində Azərbaycan bayrağı dalğalanacaq. Bu gün böyük qürur və fəxarət hissi ilə qeyd etmək olar ki, Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu tarixi zəfərə imza atdı. Bununla da tarixi ədaləti növbəti dəfə bərpa etdik.
Son 3 il ərzində Azərbaycanın israrla irəli sürdüyü təklif və tələblərini qəbul etməyən separatçılar cəmisi bir sutka ərzində bunu etməyə məcbur oldular",- deyə deputat əlavə edib.

Xeberoxu.Az

Son Xəbərlər