Gündəlik məzənnə

4 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ad günündə arağı şərabla qarışdıran yeniyetmə öldü


  • 0
Ad günündə arağı şərabla qarışdıran yeniyetmə öldü
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ad günündə arağı şərabla qarışdıran yeniyetmə öldü

Sankt-Peterburqda 16 yaşlı gənc həmyaşıdının ad günü məclisində spirtli içkidən zəhərlənərək ölüb. Onun 14 yaşlı rəfiqəsi narkotiklə spirt qarışdıraraq xəstəxanaya düşüb.

Xəbəroxu.Az-ın xarici mediaya istinadla məlumatına görə, hər şey iyunun 23-də axşam baş verib. Ən böyüyünün ad gününü qeyd etmək üçün üç oğlan (biri 15, ikisi 16 yaşlı) və 14 yaşlı qız bir yerə toplaşıb. Həmrəylik prospektindəki mağazadan araq və şərab alıb Kollontay küçəsindəki həyətdə qeyd etməyə gediblər.

Yeniyetmələr arağı şərabla qarışdırdıqdan sonra oğlanlardan birinin və qızın qəfildən halı pisləşib. Spirtli içki qəbul etməyən gənc təcili yardım çağırıb. Yeniyetmələr xəstəxanaya yerləşdirilib. 

Zəhərlənərək infarkt keçirən oğlanı həkimlər xilas edə bilməyib. Və qanında narkotik tapılan qızın həyatı üçün mübarizəni davam etdirirlər. Faktla bağlı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.

Son Xəbərlər