Gündəlik məzənnə

15 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb


Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xeberoxu.az bildirir ki, pop star “Dünya yalnız səndən ibarət” adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb. Saç və makiyaj üzərində Elnur Həsənov çalışıb. Geyim Dent'elle Couture məxsusdur. Klipin art direktoru isə Murad Vəliyevdir. 

Ağayeva yeni işini bütün sevənlərə hədiyyə etdiyini bildirib: “Yeni mahnımı bütün sevgililərə həsr edirəm. Çünki sevənlərin dünyası sevdiklərindən ibarətdir. Bu, hər birimizin həyatında belədir. Bizim dünyamız sevdiklərimizdən ibarətdir. Mən istərdim ki, bütün sevgililər xoşbəxt olduqları zaman məhz bu mahnını dinləyib, oxusunlar və bu nəğmə ilə daha çox xoşbəxt olsunlar”.

Qeyd edək ki, mahnının musiqisi Tünzalə Ağayevaya, sözləri isə Fariz Zeynalova məxsusdur. İfada səslənən solo elektro gitara parçasını Rəhman Məmmədli nümayış etdirib. Mahnının aranjımanını Emin Karim edib. Layihənin prodüseri isə Yalçın Cabbarovdur.


4dc10424-f917-4528-a6b3-d1d94b30d851.jfif 610.03 KB

Son Xəbərlər