“Regenera Actvia” ilə Saç tökülməsinə və Dəri qocalmasına SON‼️
Bu gün tibbin ən sürətlə inkişaf edən sahələrindən biri kosmetologiyadır. Qadınlarımızın əksəriyyəti doğru kosmetoloji proseduru və kosmetoloqu seçməkdə çətinlik çəkir. Bəs görəsən kosmetoliji prosedurlar, dəri xəstəlikləri zamanı nələrə diqqət etməliyik ?
Mövzu ilə bağlı dəri xəstəlikləri uzmanı, dermotoloq Dr. AytənHüseynovaXeberoxu.az -ın suallarını cavablandırıb :
Aytən xanım ilk olaraq maraqlanmaq istərdk ki, dəriyə uyğun qulluğun tipini necə müəyyən etmək olar? İlk olaraq dərinin növü aparat vasitəsiylə təyin olunur və dəri tipinə uyğun qulluq vasitələri icra olunur.
Yaşlanmaya səbəb olan qırışların qarşısını almaq üçün nə etmək lazımdır? Yaşlanmanın ilkin olaraq botoks ilə həllini tapmağa çalışırlar lakin bu yanlışdır. Yaşlanmanın 1-ci səbəbi Collagen sintezinin azlığından baş verir. Qarşısını almaq üçün ilk olaraq olaraq dəriyə collagen pirparatlar tətbiq edilir. Ən məsləhət gördüyüm Somon DNA / Nithya collageni – dir. Dəriyə kollagen tətbiq etmək çox vacibdir. Ən sonda isə artıq qırış nahiyyələrinə botox icra edilir.
Botox demişkən bəs botoxları kimlər edə bilər? Yanlış edilmiş botoxlar hansı fəsadlara gətirib çıxarır?
Botox hərkəsə olar kimi sözlər yanlışdır. Botox Fibroması , Onkoloji xəstələrə, ximya vurulmuş xəstələrə belə olmaz qəti qadağandır. Yanlış texnikayla edilmiş botox üzün sinir damarlarlna təsir edərək 3-lü siniri iflicinə səbəb ola bilər və ya yanlış texnikayla vurulan botox alın, göz, qaşın düşməsi kimi fəsadlar yarada bilər‼️
Botoxsun yaşı varmı? Hansı yaşda botoks etmək məsləhətdir?
30 yaş üstü botox etmək vacibdir. 25 yaş üstü qırışlar varsa ilkin mərhələdə kollagen sintezini artırmaq vacibdir. Botox isə 30-dan sonra məsləhətlidir.
Aytən xanım istərdim indi də günümüzün bəlalarından sayılan dəri xəstəliklərindən danışaq. Son zamanlarda dəri xəstəlikləri niyə bu qədər artır və tam müalicələri mümkündürmu ?
Son zamanlarda Demodeks(gənə) xəstəlikləri/ Melanoma dəri xərçəngi və Rozasea xəstəlikləri daha çox müşahidə edirəm. Müalicələri düzgün diaqnozla daxili və xarici tətbiq edirik. Bu prosesdə həm həkim, həm də pasient məsuliyyətli olmalıdır. Pasient qidasına diqqət yetirməli, vitaminlər qəbul edilməlidir. Bəzən Rozasea kimi dəri xəstəliklərini müalicə etdikdən sonra yay və payız aylarlnda yenidən gəlməsini müşahidə edirəm. Buna səbəb günəş şüaları, günəş kreminin az tətbiq edilməsi və qidanın pozulmasıdır ki, xəstəliyi yenidən oyandırır.
Dəri xərçənginin yaranma səbəbi nədir ?
Bu xəstəliyə az rast gəlinə bilər lakin müalicə olunmadıqda inkişafdan geri qalma və ölüm riski var. Dəri xərçənginin daha çox günəşə məruz qalan dəridə meydana gəlir. Dəri xərçənginin bazal hüceyreli karsinoma, skuamoz hüceyrəıi karsinoma və melanoma olmaq üzrə üç əsas növü mövcüddur. Əgər dəri xərçəngindən şübhələnirsinizsə dərinizdə hüceyrelerin epiderms qatının köpüklənməsi, qaşıntı qızartı varsa ilkin olaraq dermatoloq qəbuluna gedin və analizlərdən keçərək zamanında müalicə alın. Bir səhvdə ölüm riski var. Bu pasientdə daxili orqanlara vuraraq xəstəlikləri arta bilər.
Məlum olduğu kimi yaxın kecmişdə ağır günlər kecirdik. Dünya bu ağır günlərdən öz mənfi nəsibini aldığı kimi bizim ölkəniz üçün də çətin günlər idi. Təbi ki söhbət Karanavirusdan gedir... Karanavirusa yoluxan hər kəs sağaldıqdan sonra saç tökülməsindən əziyyət çəkdiyini deyirdi . Bəs saçı tökülən insan ilk addım olaraq nə etməlidir?
Saç tökülməsi olan insan ilk olaraq ümumi qan analizlərindən keçməlidir. Daha sonra həkim qəbulunda saç kökləri aparatla yoxladılmalıdır. Düzgün diaqnozla daxili və xarici müalicə təyin edilməlidir. Saç köklərinə ən keyfiyyətli hairkokteyl/ kök hüceyrə tətbiq edilir.
Fəsil dəyişkənliyi, stress ,qəbul etdiyimiz ağrıkəsicilər saçlarımızı tökə bilər?
Əlbəttə fəsil dəyişkənliyində saçlarda kəpək və saç köklərində quru mənşəlli Ekzema, Psoriaz xəstəlikləri baş verir. Bu günümüzün ən aktual problemləridir. Saç tökülmələri fəsildən fəsilə dəyişə bilir və saçda dəri xəstəliklərin baş verməsi şanponlardan, salonda gigyenik qaydaya riayət edilməməsindən irəli gəlir
Saçı tökülən insan ilk addım olaraq nə etməlidir?
Saç tökülməsi olan insan 1ci ilk addımı Analizlərin TH/D/ ümumi qan analizlərdən keçməldir. 2/ci olaraq Həkim qəbuluna getmək saç köklərinin aparatla yoxlanılması, düzgün diaqnozla daxili və xarici müalicə təyin edilməlidir.
Saç köklərinə ən keyfiyyətli hairkokteyl/ kök hüceyrə tətbiq edilir
Aytən xanım bizə yenikləriniz barəsində danışa bilərsiniz ?
Əlbəttəki Yeniliklər olacaq. Yeniliklər, günümüzün ən aktual problemləri olan “Saç tökülmələri və Dəri yaşlanması” barədə olacaq.
Saçların ciddi tökülməsi Allopesiyya yəni ocaq vari tökülməyə gətirib çıxarır. Bu kimi ciddi saç tökülmələrinə tövsiyyəm kök hüceyrədir. “Regenera Actvia” dəri cavanlaşması və Saçlara çox güclü təsir göstərir. Əziz pasientlərim artıq başladıq... Kök hüceyrə ilə sağlam saçlar və sağlam dəri sahibi olacaqsınız👏🏻
Suallarımıza ətraflı cavab verdiyinə görə dəri xəstəlikləri uzmanı, dermatoloq Dr. AytənHüseynovaya dərin təşəkkürümüzü bildiririk