Gündəlik məzənnə

7 Aprel 2025
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Yalçın Çoban: “Rəqibim yoxdur, mən xəyalları gerçəkləşdirirəm!”


Yalçın Çoban: “Rəqibim yoxdur, mən xəyalları gerçəkləşdirirəm!”
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Yalçın Çoban: “Rəqibim yoxdur, mən xəyalları gerçəkləşdirirəm!”

Türkiyə və Azərbaycanda kino dünyasında uğurlara imza atan, flim sahəsində söz sahibi olan Yalçın Çoban bizimlə maraqlı fikirlərini paylaşdı. Xüsusilə bu sahədə rəqib tanımadığını və öz işini yüksək səviyyədə icra etdiyini bildirən Çoban, özünü və komandasını kino sənətindəki liderlərdən biri olaraq tanıtdı. O,   təşkilatçılığını etdiyi “Meşru Gayrimeşru” filminin komediya janrında olmasına baxmayaraq, dələduzluq mövzusu ilə izləyiciləri ekrana kilidləyəcəyinə əmindir.

Xeberoxu.az bildirir ki, Yalçın  Çoban  hər anı əyləncəli və maraqlı keçən, filmin çəkilişlərindən və öz düşüncələrini  Dogru.az  - la bölüşüb : “Film yaz aylarında çəkildi. Biz Şeddatlı film yapımla işlədik və çəkilişlər çox maraqlı, əyləncəli keçdi. Həm komediya sevərləri, həm də dərin mənalar axtaran izləyiciləri məmnun edəcək bir iş ortaya qoyduq”. – dedi.

Çoban, sektordakı öz mövqeyini açıqca izah edərək, rəqibinin olmadığını iddia edir.  O, “Mənim rəqibim yoxdur! Hər kəs öz işinin ən yaxşısını etsin. Mənim gözüm rəqabətdə  deyil. Yaxşı olan qazansın,” – deyə bildirdi.

Çoban, əslində rəqabətin onu təzyiq altına almadığını və sadəcə öz işinə fokusladığını vurğuladı. Onun fikrincə, xəyalları gerçəkləşdirmək və sənətə dəyər qatmaq hər şeydən vacibdir.

6d05952f-f5fa-4f68-875f-bf09094f8ab4.jpg 57.74 KB


Yalçın Çoban, öz yanaşmasında sadəcə kommersiya məqsədləri güdmədiyini söylədi: O,  “Biz insanların gözlərindəki xəyalları gerçək edirik. Biz xəyalları gerçəkləşdirmək üçün varıq, bəziləri kimi xəyal satmırıq”. – deyərək, sənətin gücünü ön plana çıxardı.

Çoban, kino dünyasında özünə bir yer qazandığını və bu sənətdə mükəmməllik aradığını bildirdi. Onun filmləri, həm əyləncə, həm də dərindən düşündürən mesajlarla zəngindir. “Meşru Gayrimeşru” kimi layihələr, izləyicilərə həm gülüş, həm də həyati dərslər verir.

17479528-ccf6-4d91-97b5-b0e2219ef3dd.jpg 304.14 KB


Yalçın Çoban, təkcə film təşkilatçısı deyil, həm də sənət dünyasında yenilikçi bir rəhbərdir. Onun hər bir layihəsi, sənət əsəri deyil, həm də xəyalları gerçəkləşdirməyə xidmət edən bir nümunədir. “Meşru Gayrimeşru” filmi, bu yanaşmanın ən yaxşı nümunəsidir. Çoban, rəqabətə qapılmadan işini ən yaxşı şəkildə görərək, kino dünyasında öz yerini hər gün bir az daha möhkəmləndirir.

Onun dediyi kimi “Yaxşı olan qazansın!”

Bu yol, həqiqətən də, yalnız zəfərə gedən bir yoldur.

c83ef1f7-e429-43c8-aace-fc3d199ff233.jpg 245.89 KB


Zeynəb Abbasova


Son Xəbərlər