Gündəlik məzənnə

4 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ana oğlunu bir neçə ay it qəfəsinə saldı: AC SAXLADI


  • 0
Ana oğlunu bir neçə ay it qəfəsinə saldı: AC SAXLADI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ana oğlunu bir neçə ay it qəfəsinə saldı: AC SAXLADI

Avstriyanın Krems şəhərində 32 yaşlı yerli sakin 12 yaşlı oğlunu bir neçə ay it qəfəsində qapalı saxlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, hər gün bir neçə dəfə uşağa buzlu su vurub və çox soyuq olanda bir neçə saat mənzilin pəncərələrini açıb.

Qadın sosial işçinin həyəcan təbili çalmasından sonra həbs edilib. O da bildirilir ki, ailə ilə birlikdə yaşamayan oğlanın atası da polisə müraciət edib.

Polis onların evinə gələndə uşağı ölüm ayağında görüblər. Vəziyyəti ağır, komada olub, bədən istiliyi cəmi 26,8 dərəcə imiş. Uşaq dərhal xəstəxanaya çatdırılıb, ertəsi gün isə anası həbs edilib.

Polis sözçüsü Yohanna Bauşlaqerin sözlərinə görə, uşaq son cəhətdən fiziki cəhətdən sağalıb, lakin hələ də ağır psixoloji vəziyyətdədir.

Son Xəbərlər