Gündəlik məzənnə

26 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Çempion boksçu həbsxanaya düşdü


  • 0
Çempion boksçu həbsxanaya düşdü
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Çempion boksçu həbsxanaya düşdü

Cervonti Davis həbsxanada oturmalı olacaq. Xatırladaq ki, hələ 2020-ci ilin noyabrında boksçu qəza törədərək hadisə yerindən qaçmışdı.

Xəbəroxu.Az-ın xarici mediaya istinadən xəbərinə görə, bu ilin mayında Cervonta günahını boynuna alıb, ona görə də məhkəmə idmançını həbsxanaya göndərməyib. O, həbs cəzası yox, üç ay ev dustaqlığı alıb.
 
Məhkəmə ona 200 saatlıq ictimai iş də təyin edib və o, məşqçisi Kelvin Fordun evində çalışıb.

Lakin yüngül çəkidə WBA Regular çempionu ev dustaqlığında qalma şərtlərini pozub.

“Boxing Scene”in məlumatına görə, amerikalı boksçunun iştirakı ilə baş vermiş qəza işinə baxılıb və hakim idmançının həbsə göndərilməsinə qərar verib, bundan sonra dərhal nəzarətə götürülüb. Devis sınaq müddətinin qalan hissəsini Baltimordakı həbsxana kamerasında keçirəcək.

Son Xəbərlər