Gündəlik məzənnə

17 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qazaxıstan və Qırğızıstan birgə hərbi təlimlər keçirib


  • 0
Qazaxıstan və Qırğızıstan birgə hərbi təlimlər keçirib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qazaxıstan və Qırğızıstan birgə hərbi təlimlər keçirib

Qazaxıstanın Sarışaqan poliqonunda Qazaxıstan və Qırğızıstan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin “Döyüş Birliyi-2023” təliminin aktiv atəş mərhələsi baş tutub.

Xeberoxu.Az
“Kabar"- ın yaydığı məlumata istinadla xəbər verir ki, birgə təlimləri Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov və Qırğızıstanın müdafiə naziri Baktibek Bekbolotov müşahidə ediblər.

Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Şimal Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları və aviasiya ekipajları hava və yer hədəflərinə döyüş atışlarını nümayiş etdirirlər.

Həmçinin Sarışağan istiqamətində yerləşən birləşmə və ordu qruplarının hava hücumundan müdafiə elementləri nümayiş etdirilib.

Son akkord "düşmən aerodrom obyektlərinin məhv edilməsi" idi.

Birgə təlimlərə 1075 hərbi qulluqçu, 200-dən çox hərbi və xüsusi texnika, o cümlədən 30 təyyarə cəlb olunub. 

Son Xəbərlər