Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Serbiya və Kosovo liderlərinin görüşü olub


  • 0
Serbiya və Kosovo liderlərinin görüşü olub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Serbiya və Kosovo liderlərinin görüşü olub

Brüsseldə Avropa İttifaqının (Aİ) Belqrad-Priştina dialoqu çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurtinin görüşü olub.

Xeberoxu.Az xəbər verir ki, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin iştirakı ilə keçirilən görüş uğursuz nəticələnib.

A.Vuçiç Serbiya ilə Kosovo arasında münasibətlərin normallaşması üçün keçirilən bu görüşün uğursuzluqla başa çatdığını deyib. O, tərəflərin öz təkliflərini verdiyini, Serbiyanın öz öhdəliklərinə sadiq qaldığını və Aİ-nin təklif etdiyi kompromisi qəbul etdiyini bildirib.

Qeyd edək ki, Cozef Borel Aleksandar Vuçiç, Albin Kurti və Aİ-nin Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə təkbətək görüşlər keçirib.

Serbiya və Kosovo liderləri sonuncu dəfə Kosovonun şimalında artan gərginliyə görə Aİ-nin dəvəti ilə iyunun 22-də Brüsseldə görüşmüşdülər.

Son Xəbərlər