Gündəlik məzənnə

8 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Astarada qəzalı vəziyyətə düşmüş körpünün yerləşdiyi ərazidə hərəkət bərpa olunub


Astarada qəzalı vəziyyətə düşmüş körpünün yerləşdiyi ərazidə hərəkət bərpa olunub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Astarada qəzalı vəziyyətə düşmüş körpünün yerləşdiyi ərazidə hərəkət bərpa olunub

Astara rayonunda yağan güclü yağış nəticəsində yaranan sel sularının qəzalı vəziyyətə saldığı körpünün yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

 Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Xeberoxu.Az - a məlumat verilib.

Bildirilir ki, 8 metr uzunluğa malik körpü Pensər-Toradi avtomobil yolunun 1-ci km-də yerləşir. Təbii fəlakət nəticəsində avtomobil yolu ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranmışdı.

Yaranmış problemlər bağlı məlumat daxil olan kimi dərhal əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunmuşdu. Qısa müddət ərzində qəzalı vəziyyətə düşmüş körpüdə müvəqqəti piyada yolu açılıb.

Daha sonra nəqliyyat vasitələrə üçün alternativ yolun salınması işlərinə başlanıldı. Bunun üçün əraziyə xüsusi borular gətirildi. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti üçün yeni yol hissəsi salındı.

Qeyd edək ki, Astara rayonunda sel sularının problemlər yaratdığı digər yollarda da hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər davam etdirilir.


Son Xəbərlər