Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"AZAL"-ın 15 illik prezidenti- Cahangir Əsgərovu yola saldılar


"AZAL"-ın 15 illik prezidenti- Cahangir Əsgərovu yola saldılar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"AZAL"-ın 15 illik prezidenti- Cahangir Əsgərovu yola saldılar

Xəbər verdiyimiz kimi, az öncə Prezident İlham Əliyevin Sərəncamı ilə 15 il "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik etmiş Cahangir Cəlal oğlu Əsgərov vəzifəsindən azad edilib.

Xeberoxu.Az-ın məlumatına görə, C.Əsgərov bu vəzifəyə 2008-ci ildə təyin edilib.

73 yaşlı Əsgərov 1991–1993-cü illərdə Azərbaycan Respublikası Uçuş Heyəti Assosiasiyası Həmkarlar İttifaqının prezidenti, daha sonra isə Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır.

1993–1996-cı illərdə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Türkiyə Respublikasında baş təmsilçisi vəzifəsində işləmişdir. 15 iyul 1996-cı ildə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilmişdir.

Prezident İlham Əliyevin 1 may 2008-ci il tarixli Sərəncamı ilə "AZAL"-ın prezidenti vəzifəsinə təyin edilib.

15 il bu postu tutan Cahangir Əsgərovun ünvanına müxtəlif dövrlərdə iradlar səsləndirilib.

Son Xəbərlər