Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Bu həm də onu göstərir ki, ikinci mərhələ olacaq və yerüstü əməliyyat olacaq"- Rusiyalı hərbi ekspert


"Bu həm də onu göstərir ki, ikinci mərhələ olacaq və yerüstü əməliyyat olacaq"- Rusiyalı hərbi ekspert
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Bu həm də onu göstərir ki, ikinci mərhələ olacaq və yerüstü əməliyyat olacaq"- Rusiyalı hərbi ekspert

"Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda antiterror tədbirlərinin birinci mərhələsi düşmənin dayaq məntəqələrinin, rabitə qovşaqlarının, hərbi texnikanın yerləşdiyi yerlərin, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsindən ibarət olub. Bu, mülki əhali arasında itkilərin qarşısını almağa imkan verən dəqiq silahlardan istifadə etməklə cərrahi üsulla həyata keçirilib. Bu hərəkətlər Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin çox yaxşı hərbi-texniki səviyyəsini və peşəkarlığını göstərir".

Xeberoxu.Az
xəbər verir ki, bu fikirləri  rusiyalı hərbi ekspert, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Caliber-ə açıqlamasında bildirib.

Rusiyalı hərbi ekspert vurğulayıb ki, antiterror tədbirlərinin birinci mərhələsindən sonra, ikinci mərhələsinə keçirilməlidir.

"Aydındır ki, birinci mərhələdən sonra çox güman ki, ikinci mərhələ keçməlidir - bu, Bakının Qarabağın bu gün separatçıların yerləşdiyi müəyyən ərazilərinə nəzarəti bərqərar etmək üçün siyasi qərar verəcəyi təqdirdə quru qoşunlarının yeridilməsidir. Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsi bu problemi həll etməyə imkan verir. Eyni zamanda, anlamaq lazımdır ki, Qarabağda müdafiə sistemi uzunmüddətlidir, o, onilliklər ərzində hazırlanıb və bu, təbii ki, gələcək fəaliyyətlərin xarakterində öz izini qoyur. Görünən odur ki, Bakı həm məqsədyönlü hərbi cavab üsullarını, həm də diplomatik resursları birləşdirəcək, lakin hələlik müəyyən Azərbaycan rəsmilərinin açıqlamalarına əsaslansaq, vəzifə quru əməliyyatının ikinci mərhələsini həyata keçirməkdir. Ən azından bəyanatlardan, antiterror fəaliyyətlərinin daha da inkişaf etdirilməsi üçün məqsəd və vəzifələrin alqoritmindən belə nəticə çıxarmaq olar. Həmçinin mobil telefonlara SMS-lərin göndərilməsi formasında Azərbaycan Silahlı Qüvvələrinin hərəkətlərinin məntiqi və motivləri barədə Ermənistan əhalisi məlumatlandırılır. Bu həm də onu göstərir ki, ikinci mərhələ olacaq və yerüstü əməliyyat olacaq",- o, deyib.

Son Xəbərlər