Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Emin Ağalarov Circus Sea Breeze-də xeyriyyə tədbirləri təşkil edib.


Emin Ağalarov Circus Sea Breeze-də xeyriyyə tədbirləri təşkil edib.
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Emin Ağalarov Circus Sea Breeze-də xeyriyyə tədbirləri təşkil edib.


Avqustun 4 və 9-da Circus Sea Breeze-də valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün xeyriyyə tədbriləri keçirilib.

Xeberoxu.az bildirir ki hər iki tədbirdə beynəlxalq müsabiqələrin qalibləri və artistlərin çıxışları gənc tamaşaçılara çoxlu pozitiv emosiyalar və təəssüratlar bəxş ediblər. Möhtəşəm şoudan həzz alan uşaqlar gülüb və əyləniblər.

Bu xeyriyyə tədbirləri iyunun 1-dən başlayan və sentyabrın 1-dək davam edəcək “Monte-Karlo Əfsanələri” beynəlxalq sirk proqramı çərçivəsində baş tutub. Allahverdi İsrafilov və Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən sirk proqramı ilk günlərdən 8000-dən çox uşağı xeyriyyə aksiyalarına cəlb edib.

Tədbirlər başa çatdıqdan sonra uşaqlar və onların ailələri yaşadıqları sevinc və xoşbəxtlik anları üçün təşkilatçılara və sənətçilərə səmimi təşəkkürlərini bildirdilər. Bu kimi tədbirlər yaxşılığa inamı gücləndirmək və Sea Breeze-nin dünyanı daha parlaq və mehriban bir yerə çevirmək öhdəliyini göstərmək üçün vacibdir.

“Monte-Karlo Əfsanələri” sirk proqramı getdikcə daha çox tamaşaçı cəlb edərək qonaqları sevindirməkdə davam edir və uşaq tamaşaçılarına qayğı və diqqət rəmzi olaraq qalır.

Ülkər Rəhmanqızı



Son Xəbərlər