Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Hamı kimi biz də gözləyirik": Yevlax Şəhər İcra Hakimiyyətindən gözlənilən görüş barədə AÇIQLAMA

Hamı kimi biz də gözləyirik. Mətbuatdan izləyirik ki, məsələ Yevlaxda həll olunacaq.

Xeberoxu.Az
xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elnarə Əzizova bildirib.

"Amma digər məsələlər İcra Hakimiyyətinin səlahiyyətində deyil. Harada, necə olacağı barədə də bir söz deyə bilməyəcəm", - deyə E.Əzizova qeyd edib.

O, ermənilərin bir vaxtlar "Azərbaycanı Yevlaxa qədər qovmuşuq" sərsəmləmələri ilə bağlı isə bunları deyib:

"Tarix sübut etdi ki, onların dediklərinin tam əksi oldu. Təbii ki, bizim üçün qürur hissidir ki, ermənilər ayağımıza gəlir. Artıq şərhə də ehtiyac qalmır. Onlar ağ bayraq qaldırdılar. Hər zaman olduğu kimi, qalib ölkəyik. Allah Prezidentimizi, Ordumuzu qorusun. Qarabağ Azərbaycandır".

Son Xəbərlər