Gündəlik məzənnə

4 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Nazirlik rəsmisi: "Rəqəmsallaşmada Bakı ilə məhdudlaşmaq yanlış addım olar"


Nazirlik rəsmisi: "Rəqəmsallaşmada Bakı ilə məhdudlaşmaq yanlış addım olar"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Nazirlik rəsmisi: "Rəqəmsallaşmada Bakı ilə məhdudlaşmaq yanlış addım olar"

Rəqəmsallaşma məsələsində Bakı ilə məhdudlaşmaq yanlış addım olar.

 Xeberoxu.az bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"nin ikinci günündə "Digital Horizon: Charting the path forward” mövzusunda panel müzakirələrində bildirib.

"Azərbaycanda rəqəmsallaşma ilə bağlı çox böyük addımlar atılıb. Bu addımların atılmasında təkcə mənim təmsilçisi olduğum nazirliyin yox, digər qurumların da rolu olub. Biz üzərimizə öhdəlik götürmüşük ki, 2024-cü ilin sonuna qədər Azərbaycanın bütün ərazisini genişzolaqlı internetlə təchiz edək. Hələ ki, buna 50-60 % nail olmuşuq. Bizim üzərimizə götürdüyümüz ikinci məsələ isə rəqəmsal bacarıqlar layihəsidir. Bunun icrası üçün müxtəlif qurumlar var. Bakı ilə yanaşı regionlarda da tədris mərkəzləri fəaliyyət göstərəcək. Artıq heç bir yerə getmədən insanlar bizim onlayn kurslarda iştirak edəcək. Amma bu, kifayət qədər deyil. Təbii ki, ən ali səviyədə iradə var ki, insanların rəqəmsal bacarıqlarını artırılması istiqamətində addımlar genişləndirilsin və inanırıq ki, biz buna nail olacağıq”, - deyə o qeyd edib.

Son Xəbərlər