Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qatarların hərəkət qrafiki yenilənəcək


Qatarların hərəkət qrafiki yenilənəcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qatarların hərəkət qrafiki yenilənəcək

“Azərbaycan Dəmir Yolları” QSC payız-qış mövsümünün başlanması ilə əlaqədar sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq 1 oktyabr 2023-cü il tarixindən etibarən bölgələr üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edib.

Qurumdan Xeberoxu.Az-a verilən məlumata görə, dəyişikliklərə əsasən, payız-qış mövsümündə paytaxta üz tutan sərnişinlərin mənzil başına daha tez çatması üçün qatarlar mövcud qrafikdən daha erkən yola düşəcəklər. Belə ki, yenilənmiş qrafikə əsasən Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 17:30-da, ənənəvi qrafikdən 40 dəqiqə tez yola düşərək saat 22:35-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qəbələ-Bakı marşrutu üzrə yenilənmiş hərəkət qrafikinə əsasən sürətli sərnişin qatarı saat 19:00-da, ənənəvi qrafikdən 30 dəqiqə daha tez yola düşərək saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Son Xəbərlər