Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

XİN başçısının müavini: "Azərbaycanlılar beynəlxalq təşkilatlarda kifayət qədər təmsil olunmurlar"


XİN başçısının müavini: "Azərbaycanlılar beynəlxalq təşkilatlarda kifayət qədər təmsil olunmurlar"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

XİN başçısının müavini: "Azərbaycanlılar beynəlxalq təşkilatlarda kifayət qədər təmsil olunmurlar"

"Azərbaycanlılar beynəlxalq təşkilatlarda kifayət qədər təmsil olunmurlar".

 Xeberoxu.az bildirir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə deyib.

Nazir müavini TDT-nin artan gücündən də söz açıb: "Nyu-Yorkda türk dövlətlərinin başçıları bir araya gəlmişdi və onların dialoqlarına nəzər salsaq, yaxın gələcəkdə bu təşkilatın təsir gücünün hansı səviyyəyə çatacağını görə bilərik".

Y.Rəfiyev beynəlxalq təşkilatların qərargahlarında Azərbaycan vətəndaşlarının işə götürülməsi məsələsini daima diqqətdə saxladıqlarını da vurğulayıb: "Düzdür, onların sayı az olur, bunun təbii ki, subyektiv və obyektiv səbəbləri var. Buna görə də birgə layihələr həyata keçiriməliyik və yaxın gələcəkdə bu cür layihənin icrasına başlayıb gəncləri dəvət edəcəyik. Çünki diaspor gənclərimizin yaşadıqları ölkələrin siyasi maraqlarını yaxından öyrənmələri zəruridir".

Son Xəbərlər