Gündəlik məzənnə

7 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda arvadını öldürən kişinin məhkəməsi başlayır


Bakıda arvadını öldürən kişinin məhkəməsi başlayır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda arvadını öldürən kişinin məhkəməsi başlayır

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Xəbəroxu.Az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, fevralın 11-də saat 7 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini törədən qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Son Xəbərlər