Gündəlik məzənnə

27 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda “Toyota” yük maşınına çırpıldı, ölən var


Bakıda “Toyota” yük maşınına çırpıldı, ölən var
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda “Toyota” yük maşınına çırpıldı, ölən var

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xəbəroxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili “КамАЗ” markalı yük avtomobilinə çırpılıb, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son Xəbərlər