Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ər yardım pulunu icazəsiz xərcləyən arvadını öldürdü


Ər yardım pulunu icazəsiz xərcləyən arvadını öldürdü
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ər yardım pulunu icazəsiz xərcləyən arvadını öldürdü

Berlin məhkəməsi ehtiraslı vəziyyətdə Almaniyaya qaçqın kimi gələn ukraynalı arvadını öldürən Gürcüstan vətəndaşını 5 il müddətinə azadlıqdan məhrum edib.

Xəbəroxu.Az-ın xarici mediaya istinadla məlumatına görə, məhkəmə hesab edib ki, kişinin qətl törətməsinə ölkədəki yaşayış şəraiti və arvadının razılaşdırılmamış xərcləri səbəb olub.

Bildirilir ki, kişi ötən ilin oktyabrında arvadını qızlarının gözü qarşısında bıçaqla öldürüb. İttiham tərəfi müttəhim üçün 10 il həbs istəsə də, məhkəmə adama 5 il həbs cəzası verib. Məhkəmənin daha yüngül cəzasına təqsirləndirilən şəxsin peşman olması təsir edib.

Məlumata əsasən, cütlük Almaniyaya getməzdən əvvəl Xarkovda yaşayıb. Burada kişi yük maşını sürücüsü kimi işləyib. Lakin Almaniyada kişi vətəndaşlığına görə hesab aça bilmədiyi üçün dövlətdən alınan nağd müavinət yalnız arvadının hesabına gəlib.

Qadının mütəmadi olaraq dövlətin verdiyi vəsaiti ərinə verməyərək xərclədiyi və bunun da münaqişəyə səbəb olduğu qeyd edilir.

Son Xəbərlər