Gündəlik məzənnə

1 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

FHN: Ötən sutka 29 yanğına çıxış olub, 7 nəfər xilas edilib


FHN: Ötən sutka 29 yanğına çıxış olub, 7 nəfər xilas edilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

FHN: Ötən sutka 29 yanğına çıxış olub, 7 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Xeberoxu.az -ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib.




Son Xəbərlər