Gündəlik məzənnə

2 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Jiquli" əlil arabasındakı kişini vurub öldürdü - FOTO + YENİLƏNİB


"Jiquli" əlil arabasındakı kişini vurub öldürdü - FOTO + YENİLƏNİB
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Jiquli" əlil arabasındakı kişini vurub öldürdü - FOTO + YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bərdədə əlil arabasında olan şəxsin avtomobillə vurulması barədə məlumat yayıb.

Xəbəroxu.Az apa-ya istinadən xəbər verir ki, hadisə iyulun 6-da saat 22 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonunun ərazisindən keçən hissəsində baş verib. 36 yaşlı Bərdə rayon sakini Sadiq Sadıqov "VAZ-2107" markalı avtomobillə əlil arabası ilə hərəkətdə olan 72 yaşlı Yevlax rayon sakini, I qrup əlil Hüseyn Əsgərovu vurub. Nəticədə H.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü keçirilmiş tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Xəbəroxu.Az xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunun rayonun Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, "KamAZ" markalı yük avtomobil əlil arabası ilə yolu keçmək istəyən Hüseyn adlı şəxsi vurub.

Zərbənin təsirindən o, əks istiqamətdə hərəkətdə olan "VAZ 2107" markalı avtomobilinə dəyib.

Əlil arabasında olan şəxs aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.  

"KamAZ" markalı yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son Xəbərlər