Gündəlik məzənnə

4 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Kamera qarşısında qollarını doğrayan kişidən YENİ XƏBƏR


Kamera qarşısında qollarını doğrayan kişidən YENİ XƏBƏR
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Kamera qarşısında qollarını doğrayan kişidən YENİ XƏBƏR

Keçmiş arvadını təhdid edən kişiyə cinayət işi açılıb. 

Bu barədə Xəbəroxu.Az-a ərindən ayrılmış Gülnar Kazımova məlumat verib. 

Onun sözlərinə görə, ötən gün məsələ ictimailəşdiyi üçün keçmiş əri Samir Kazımov qapıya gələrək kameraları qırıb:

“Samirin videolarını yaydığım üçün dünən gəlib kameralarımızı qırdı. Polisə dedik, cinayət işi açılıb. Bu gün yeni kameralar qoymuşuq. Yenə gəlib eyni hərəkətləri etsə, videolarını yayacam”.

Xatırladaq ki, Gülnar Kazımova keçmiş əri tərəfindən təhqir edilib, döyülməsi ilə bağlı müraciət ünvanlayıb. Xanım keçmiş əri Samir Kazımovdan boşanmasına baxmayaraq, onlardan əl çəkmədiyini, hər gün qapısına gəlib təhqiredici sözlər işlətdiyini bildirib. Qadının sözlərinə görə, kişi qapını qırmağa çalışıb.

Keçmiş əri hətta evin təhlükəsizlik kameraları qarşısına keçərək qollarını doğrayıb.

Son Xəbərlər