Masazırda maşın azyaşlını vurub qaçdı
Abşeronda azyaşlını maşın vurub.
Xəbəroxu.Az xəbər verir ki, hadisə Masazır qəsəbəsində, Zəngilan rayonundan olan məcbur köçkünlər üçün salınmış şəhərcikdə baş verib. Naməlum avtomobil 7 yaşlı Bayramlı Tuncay Osman oğlunu vuraraq xəsarət yetirib. Daha sonra sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.