Gündəlik məzənnə

25 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Məktəbli bıçaqla yatan nənə və babasına hücum etdi


Məktəbli bıçaqla yatan nənə və babasına hücum etdi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Məktəbli bıçaqla yatan nənə və babasına hücum etdi

Moskva vilayətində gecə saat ikidə 14 yaşlı məktəblinin hücumuna məruz qalan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Xəbəroxu.Az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə Şçemelinki kəndindəki fərdi evdə baş verib. 8-ci sinif şagirdi qəfildən bıçaqla 59 yaşlı nənəyə, 60 yaşlı babaya və 84 yaşlı ulu nənəyə hücum edib. Təqaüdçülər bunun öhdəsindən gəlib təcili yardım çağırıblar. Nəticədə nənələr mədə və çiynindən, baba isə döş və bud nahiyəsindən yaralarla xəstəxanaya çatdırılıb.

Şagird atası istintaq təcridxanasına göndərildikdən sonra 2022-ci ildən babası və nənəsi ilə yaşayır. Anası oğlunun tərbiyəsində iştirak etmir. Hadisədən sonra polis bıçaq, balta, telefon və planşet götürüb. İndi oğlanın niyə qohumlarını öldürməyə cəhd etdiyi araşdırılır.

Son Xəbərlər