Gündəlik məzənnə

8 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qobustandakı yol qəzasında ölənlərin sayı 6 oldu


Qobustandakı yol qəzasında ölənlərin sayı 6 oldu
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qobustandakı yol qəzasında ölənlərin sayı 6 oldu

Mayın 22-də ölkədə qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Xəbəroxu.Az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Qeyd edək ki, dünən Qobustan rayonu Cəngi qəsəbəsində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib.

Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilmişdi. 

Son Xəbərlər