Gündəlik məzənnə

17 İyun 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycan cüdoçusu finalda


  • 0
Azərbaycan cüdoçusu finalda
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycan cüdoçusu finalda

Azərbaycanın gənc cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
Xeberoxu.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışan idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
Bu raundda italiyalı Fabritsio Espozitoya qalib gələn cüdoçu 1/8 finalda gürcüstanlı Giorgi Loladzeni məğlub edib. 1/4 finalda fransalı Eliot Preveni mübarizədən kənarlaşdıran V. Qələndərzadə finala gedən yolda qazaxıstanlı Adilet Almatı üstələyib. O, həlledici qarşılaşmada ABŞ təmsilçisi Cek Yonezuka ilə üz-üzə gələcək.
Bu çəki dərəcəsində yer alan digər cüdoçu Süleyman Əliyev və 57 kiloqramda mübarizə aparan qadın cüdoçu Fidan Əlizadə isə mundialı medalsız başa vurub.
Qeyd edək ki, yarışın ilk günündə Nizami İmranov (60 kiloqram) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.

Niyaz Hacıyev 

Son Xəbərlər