“Milan” “Çelsi”nin oyunçusunu aldı - FOTO
“Milan” “Çelsi”nin cinah oyunçusu Kristian Pulişiçi transfer etmək üçün klubla razılığa gəlib.
Xəbəroxu.Az xarici mediaya istinadla bildirir ki, sövdələşmə 22 milyon avro təşkil edəcək. 24 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün icazə alıb və şəxsi şərtlərlə bağlı yekun razılıq əldə edib.
“Çelsi” də gələcək transfer vəziyyətində oyunçunun satışının böyük bir faizini razılaşdırıb.