Gündəlik məzənnə

15 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ferhat Göçer “Qarabağ Azərbaycandır” deyib


Ferhat Göçer “Qarabağ Azərbaycandır” deyib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ferhat Göçer “Qarabağ Azərbaycandır” deyib

Türkiyəli sənətçi, mahnıları ilə qəlblərə yol tapan tapan Ferhat Göçer 22 sentyabrda Bakıda konsert proqramı ilə çıxış edib.

Xeberoxu.Az
-ın məlumatına görə, iki saat davam edən musiqili proqramda, o, bir-birindən çox sevilən mahnılarını ifa edərək sevənlərinə xoş anlar yaşadıb. “Yıllarım Gitdi”, “Kalb kalbe karşı”, “Ayrılsak ölürüz biz” və digər hitləri böyük alqışla qarşılanıb.

Çıxışdan əvvəl jurnalistlərin suallarını cavablandıran ifaçı son zamanlarda Qarabağda baş verən hadisələrəndən təsirləndiyini bildirib və şəhid ailələrinə başsağlığı verib. Türkiyə və türk xalqı olaraq daim Azərbaycanın yanında olduğunu, qələbənin hər zaman Azərbaycana məxsusluğunu dilə gətirib.

Konsert sırasında da yüksək hiss-həyəcanla Qarabağın hər bir qarışının Azərbaycanın əvəzolunmaz torpağı olmasını və heç bir qüvvənin onu ala bilməyəcəyini vurğulayan Göçer “Qarabağ Azərbaycandır, Can Qarabağ” deyərək ifasına davam edib.

Anadolu Events – in təşkilatşılığı, ilə baş tutan gecəyə Heydər Əliyev Sarayı ev sahibliyi edib.

Son Xəbərlər