Gündəlik məzənnə

3 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Okeanların dərinliyi əslində nə qədərdir?


Okeanların dərinliyi əslində nə qədərdir?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Okeanların dərinliyi əslində nə qədərdir?

Okeanların yalnız 5 faizi elm tərəfindən kəşf edilib. Bir dalğıcın oksigen balonu ilə gedə biləcəyi maksimum dərinlik 40 metrdir. Beləliklə, hələ də tam araşdırılmayan okeanlar əslində nə qədər dərindir?

 Xəbəroxu.Az xəbər verir ki, dalğıc maksimum 40 metr dərinliyə qədər boru ilə okeana dala bilər. Eyfel qülləsinin hündürlüyü 301 metrdir və onu okeanda asanlıqla itirmək olar.

Okeanların ən böyük məlum canlısı olan mavi balinaların ən dərin dalma dərinliyi 500 metrdir. Bundan başqa gedə bilməzlər. Günəş işığın

Okeanda məlum olan ən böyük kanyonun ən aşağı nöqtəsi 1828 metrdir. Okeanların məlum orta dərinliyi 4267 metrdir.

Dünyanın ən hündür nöqtəsi olan Everest dağının hündürlüyü 8850 metrdir. Everest dağı, Sakit Okeanın Quam adasının cənub-qərbində yerləşən, dünyanın ən dərin məlum nöqtəsi olan Marian çökəkliyinə sığa bilər.

Marian çökəkliyinə enərək qorxu anları yaşadıqdan sonra çox qəribə canlılar gördüyünü deyən Ceyms Kemeronun çatdığı ən dərin nöqtə 10898 metrdir.

Don Ualş və Jasqvis Pikkardın 1960-cı ildə Marian çökəkliyinə endikləri təcrübədə əldə etdikləri dərinlik 10994 metrdir. Marian çökəkliyinin hələlik məlum olan ən dərin nöqtəsi 11034 metrdir və bu istiqamətdə araşdırmalar davam edir.

Son Xəbərlər