Gündəlik məzənnə

27 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Zülfiyyənin övladlığa götürdüyü Əmrah şəhid olubmuş - FOTOLAR


Zülfiyyənin övladlığa götürdüyü Əmrah şəhid olubmuş - FOTOLAR
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Zülfiyyənin övladlığa götürdüyü Əmrah şəhid olubmuş - FOTOLAR

Məşhur TV simaları İlqar Mikayıloğlu və Zülfiyə Bayramovanın övladlığa götürdüyü gənc şəhid olub.

Xəbəroxu.Az ki, bu barədə Z. Bayramova “Elgizlə izlə” verilişində qonaq olarkən deyib.

O, ağlayaraq mənəvi oğlu Əmrahın 44 günlük Vətən Müharibəsində şəhid olduğunu açıqlayıb:

“Atası Rusiyada yaşayırdı, 15 yaşında kollecə daxil olmuşdu. Oğlum gəlib demişdi ki, bir oğlan var, otaq yoldaşları ilə yola getmirdi. Atası, anası ilə danışdım. İmkanları yaxşı deyildi. Evimdən əsgərliyə yola saldım. Övladlığa götürmüşdüm, oğlanlarım Nahid və Ceyhundan ayırmırdım. Hələ də evdə onu axtarıram. Əziz və dogma idi. Bir gün xəbər gəldi ki, müharibəyə aparıblar, itkin düşüb. Arxasıca getdim, axtardım. Dözə bilmədim, düşünürdüm ki, bəlkə taparam. Getdim, şəhid xəbərini verdilər”. /// olay.az


Son Xəbərlər