Gündəlik məzənnə

21 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Baydendən Ledi Qaqaya vəzifə


  • 0
Baydendən Ledi Qaqaya vəzifə
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Baydendən Ledi Qaqaya vəzifə

Müğənni və aktrisa Ledi Qaqa Co Bayden tərəfindən Prezidentin Mədəniyyət və İncəsənət Komitəsinin həmsədri təyin edilib.

 Xəbəroxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin Mətbuat Xidmətinin yaydığı bəyanatda bildirilir.

Sənəddə Ledi Qaqa  13 dəfə "Grammy" mükafatının qalibi və ən uğurlu ifaçılardan biri olduğu vurğulanır.

"The Journal Time" daha əvvəl onu dünyanın 100 ən nüfuzlu adamı siyahısına salmışdı.

Bildirilir ki, müğənni xeyriyyəçilik işlərində və bəzi ictimai kampaniyalarda fəal iştirak edir.

1982-ci ildə yaradılmış Komitə ABŞ prezidentinə və ABŞ hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı məsləhətlər verir.

Ledi Qaqa Baydenin kampaniyaları çərçivəsində  tədbirlərdə çıxış edib və ona dəstək kampaniyasında fəal şəkildə dəstəkləyib.

O, 2021-ci ilin yanvarında Baydenin andiçmə mərasimində ABŞ himnini ifa edib.

Son Xəbərlər