Gündəlik məzənnə

4 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Məleykə Əsədova Azər Paşa Nemətov haqqında fikirlərini bildirib - FOTO


  • 0
Məleykə Əsədova Azər Paşa Nemətov haqqında fikirlərini bildirib - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Məleykə Əsədova Azər Paşa Nemətov haqqında fikirlərini bildirib - FOTO

Xalq artisti Məleykə Əsədova"Xurşudbanu Natəvan" tamaşasının növbəti nümayişinin mərhum Xalq artisti Akademik Milli Dram teatrının direktoru Azər Paşa Nemətovun xatirəsinə həsr olunacağını bildirib:

Xəbəroxu.Az xəbər verir ki, bu barədə aktrisa instaqramda paylaşım edib:

Bu gün və sabah Akademik Milli Dram teatrında çox sevilən “Xurşudbanu Natəvan” tamaşası sizlər, teatr sevənlər üçündür. Tamaşanın quruluşcu rejisoru hər zaman qəlblərdə yaşayacaq böyük sənətkar Xalq artisti, Şərəf və Şöhrət ordenli rejisorumuz Azər Paşa Nemətovdur. Allah sizə rəhmət eləsin.
Sənətkar həyatı budur: dünən səhnədə idi, bu gün isə imza qoyduğu tamaşalarla qəlblərdədir. Sizin alqışınıza, oyunum haqqında söylədiyiniz gözəl sözlərə ehtiyacım olacaq. Aprelin 23-də də “Mənim günahım” tamaşası ilə səhnədə olacağam, Allah izin verərsə. Azər müəllim, demişdiniz sən səhnədə ol. Onsuz da həyatımı, ömrümü səhnəyə, sənətimə həsr etmişəm. Həyat, sən nə qəribəsən”.

(“Xurşidbanu Natəvan” tamaşasının premyerasından görüntü- arxiv)
1670314137_asdadad-min.jpg 70.46 KB

Son Xəbərlər