Gündəlik məzənnə

20 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Yaponiyada G7 Liderlər Zirvəsi başlayır


  • 0
Yaponiyada G7 Liderlər Zirvəsi başlayır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Yaponiyada G7 Liderlər Zirvəsi başlayır

Yaponiyada gözlər ölkənin cənub-qərb hissəsində, Xirosimada keçirilən 3 günlük G7 Sammitinə çevrildi.

Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişidanın ev sahibliyi etdiyi sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edir.

Mayın 21-dək davam edəcək sammitə G7 ölkələri ilə yanaşı, Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam da dəvət olunub.

Ev sahibi Yaponiyanın Baş naziri və xanımı Yuko Kişida Xirosima Sülh Memorial Muzeyinin qarşısında qonaq olan dövlət və hökumət başçılarını qarşıladılar.

1945-ci ildə atılan atom bombası dövrünə aid 100 mindən çox eksponat və qalıqların nümayiş olunduğu muzey G7 liderlərinin ilk kollektiv səfərinə səhnə olub.

Kişida cütlüyünün müşayiəti ilə qonaq liderlər və onların həyat yoldaşları, o cümlədən ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Bayden tarixi muzeyi və kampusu gəziblər.

Son Xəbərlər